Pediatrlar üçün uşaqların inkişafının izlənməsi və dəstək məsələlərinə dair kurslar davam etməkdədir

04.11.2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.11.2018-ci il tarixli 86 nömrəli əmri ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə əsasən davamlı tibbi təhsil proqramlarında ana və uşaqların sağlamlığına dair müxtəlif mövzulara dair yeni formatda təkmilləşdirmə kursları həyata keçirilir.
Belə kurslardan biri pediatrlar üçün 2019-cu il oktyabr ayının 28-dən noyabr ayının 1-dək keçirilən “Uşağın inkişafının izlənməsi və dəstəklənməsi” adlı 5 günlük kurs olmuşdur. Kursda uşaqların qidalanması, peyvəndolunması, tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar çatdırılmışdır.
Kursun 2 günü “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin (İDİR)” istifadəsinə həsr edilmişdir və Uşaq Respublika xəstəxanasında və Uşaq Bərpa Müalicə Mərkəzində baş tutmuşdur. Burada pediatrlara İDİR-in istifadə etmək nəzəriyyəsi, fəlsəfə və konsepsiyası nəzəri və təcrübəyə əsaslanmiş şəkildə təqdim olunmuşdur. Təlim iştirakçılarına klinik təcrübədə İDİR-in istifadəsi prinsipləri praktiki məşğələlərdə əyani öyrədilmişdir. Təlimin sonunda həkimlər arasında aparılan sorğularda İDİR-in uşaqlarda inkişaf çətinliklərini erkən aşkarlamaq vasitəsi kimi öz işlərində istifadə edəcəkləri haqqında məlumatlar verilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX