Ailə təbabəti kafedrası Şirvan şəhərində səyyari kurs keçirmişdir

04.11.2019

28 oktyabr-01 noyabr 2019-cu il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Şirvan Rayon Mərkəzi Xəstəxanasında pediatrlar və terapevtlər üçün “Ailə həkimləri praktikasinda həzm və biliar sistemi xəstəlikıəri” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Şirvan şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Hacıqabul, Saatlı, Kürdəmir, Sabirabad şəhərlərindən olan həkim-terapevt, pediatrlar, məntəgə mudirləri və kənd səhə xəstəxanaların baş həkimləri də iştirak etmişlər.
Kursun əsas məqsədi həkimlərə mədə-bağırsaq xəstəliklərinin diaqnostikası və mualicə prinsiplərini çatdıraraq həkimlərin bilik və bacarıqlarını artırmaq idi. Bununla yanaşı müdavimlərə mualicəvi pəhrizlər və madə-bağırsag xəsrəliklərinin erkən profilaktikası barədə məlumatlar da təqdim edilmişdir. Mühazirələr həkimlər tərəfindən böyük maraqla dinlənmiş və çoxsaylı təcrübi suallarla qarşılanmışdır.
Dərslər ailə təbabəti kafedrasının əməkdaşlərı-kafedra müdiri əvəzi dosent Eldar Hətəmzadə, assistentlər Verdiyeva Şəfayət, İlahə Rəsul və Dinar Qəhrəmanova tərəfindən aparılmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX