Əməkdaşımız Milli Türk Ortopediya və Travmatologiya Konqresində iştirak etmişdir

28.10.2019

22-27 oktyabr 2019-cu il tarixində Antaliyanın Bələk şəhərində 29-cu Milli Türk Ortopediya və Travmatologiya Konqresi kecirildi. Həmin konqresdə dünyanın bir çox ölkələrindən gəlmiş travmatoloq və ortopedlər bilik və təcrübələri ilə bölüşüb, problemlərin həll yollarını müzakirə etdilər. Konqresin əsas məqsədi təcrübəni ən yeni elmi nəzəriyyələr ilə birləşdirməkdən ibarət idi. İştirakçılar Türkiyədə və xaricdə çalışan təcrübəli təlimçilərin rəhbərliyi ilə təşkil olunmuş treninqlərdə qarşılaşdıqları problemləri həll etmək yollarını öyrəndilər.
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatoloqiya və ortopediya kafedrasının assistenti İnar Seidov ölkəmizdən gedən nümayəndə heyətinin tərkibində bu konqresdə fəal iştirakçı kimi çıxış etmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX