Gəncə şəhərində cərrahlar üçün səyyar-distant kurs keçirildi
26.10.2019
14 oktyabr - 23 oktyabr 2019-cu il tarixində Ə.Əliyev adına ADHTİ-nun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə cərrahiyyə kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncə 3 saylı şəhər xəstəxanasında cərrahlar üçün ümumi cərrahiyyə üzrə səyyar-distant kurs keçirmişdir. Kursda Gəncədə fəaliyyət göstərən cərrahlarla yanaşı ətraf rayonlardan da həkim-cərrahlar iştirak etmişlər. Kursun əsas məqsədi döş qəfəsi cərrahiyyəsi, qida borusu və diafraqmanın cərrahi xəstəlikləri haqqında həkimlərin bilik və bacarıqlarını artırmaq olmuşdur.
Dərslər Ə.Əliyev adına ADHTİ-nun uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları ilə cərrahiyyə kafedrasının müdiri, professor Nazim Qasımovun rəhbərliyi ilə kafedranın əməkdaşları tərəfindən aparılmışdır.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.