Şəki şəhərində travmatoloqlar üçün səyyari kurs keçirildi
19.10.2019
7 oktyarbr - 16 oktyabr 2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrası Davamlı Tibbi Təhsil programına uyqun olaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında “Müştərək Travma” mövzusunda səyyari kurs keçirmişdir. Kursda Şəki şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı Qəbələ, Zaqatala, Balakən bölqələrindən də travmatoloqlar istirak etmişlər.
Kursun əsas məqsədi müştərək travma zamanı təxirəsalınmaz yardımın təşkili prinsipləri, diaqnostika və təcili yardımın həyata kecirilməsi idi. Bununla yanaşı müdavimlərə təxirəsalınmaz vəziyyətlərdə ümumi cərrah və neyrocərrahlarla birgə aparılmalı olan iş prinsipləri də izah olunmuşdur.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun travmatologiya və ortopediya kafedrasının əməkdaşları – dosentlər R.Səmədzadə, R.Səmədzadə, assistentlər D.Taptıxlı, İ.Seidov tərəfindən aparılmışdır.