Müasir səhiyyənin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacını tam ödəmək prinsipi onların peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini diktə edilir. Tibbi və əczaçılıq texnologiyalarının sürətli inkişafı kontekstində xəstəliklərin diaqnozu, müalicəsi və profilaktikası məsələləri, hətta davamlı təhsil proqramlarında sistemli şəkildə təlimatlandırma aparılsa belə, zəruri peşə səviyyəsini qorumaq üçün kifayət olmaya bilər. Hal-hazırda praktiki tibbi fəaliyyətlə məşğul olan həkim Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən ixtisasartırma kurslarında iştirak etməklə və digər davamlı tibbi təhsil formalarından istifadə etməklə öz tibbi təhsilini təkmilləşdirə bilər. Praktik vərdşlərə daha yaxşı yiyələnmək üçün isə artıq institutda 2019/2020-ci tədris ilində bütün kafedralarda həyata keçiriləcək 1 və 2 günlük seminar /treninqlərdə də iştirak etmək olar. Artıq bir neçə kafedrada belə seminar /treninq keçirilmişdir.
Növbəti “Təbii qidalanmanın prinsipləri” adlı seminar 17-18 oktyabr 2019-cu il tarixində pediatriya kafedrasında baş tutmuşdur. Tədbirin məqsədi uşaqların qidalanmasının qlobal strategiyası, təbii qidalanmanın prinsipləri və əhəmiyyəti, ana südünün özəllikləri və uşaq inkişafına təsiri, onun qorunması və təbliği olmuşdur. Seminarda 49 nəfər həkim-pediatr, həkim-diyetoloq iştirak etmişdir.