11.10.2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımovla 2019/2020-ci tədris ilində institutda təhsil alacaq rezidentlərin görüşü keçirilmişdir. Professor N.A.Qasımov rezidentlərə müraciətində institutun şanlı tarixindən danışmış, onun Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu qeyd etmiş, burada çalışmış və hal-hazırda çalışan alim və mütəxəssislərin tibb elminə və praktik səhiyyə verdiyi töhfələrdən bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TQDK-nin birgə keçirmiş oldugu rezidentura səviyyəsinə qəbul zamanı Ə.Əliyev adına ADHTİ-nin müxtəlif kafedralarına 20 ixtisas üzrə 93 həkim-rezident qəbul olunmuşdur. Hal-hazırda ümumi rezidentlərin sayı 291nəfərdir. Sonra rektor rezidentlərin vəzifə və öhdəliklərini xatırladaraq onların öz üzərlərində daim çalışmalı olduqlarını söyləmiş və onlara təhsillərində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə institutun rezidentura təhsili üzrə prorektoru t.e.d. Şahin Əliyev, rezidentura şöbəsinin müdiri Arzu Hüseynova iştirak etmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.