“Şəkərli diabet və onun ağırlaşmaları” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

25.02.2019

Şəkərli diabet qeyri-infeksion epidemiya kimi tanınmışdır. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən diabetli xəstələrin sayı 2000-2017-ci ilərdə 151 milyondan 425 milyona qədər artıb və bu rəqəmin 2045-ci ildə 628,6 milyona çatması gözlənilir. Hal-hazırda şəkərli diabetin tibbi-sosial əhəmiyyəti şübhə doğurmur. Bu, 20 dekabr 2006-cı il BMT Baş Assambleyası və 19-20 sentyabr 2011-ci il BMT Baş Assambleya İclasının Siyasi Bəyənnaməsi ilə təsdiq olunmuşdur.
Azərbaycanda şəkərli diabetə həsr olunmuş elmi araşdırmaların nəticələrini həkimlərə çatdırılmasında aparıcı rol oynayan təşkilatlardan biri də 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiyasiyasıdır.
23 fevral 2019-cu il tarixində Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının təşkilatçılığı ilə “Şəkərli diabet və onun ağırlaşmaları” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Açılış sözünü Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədrı, Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının müdiri vəzifəsini icra edən professor V.A. Mirzəzadə demişdir. Konfransda Münxen Diabet Tədqiqatları Qrupu və Diabet Tədqiqatları İnstitutunun professoru Ebenhard Standl «Yeni protokollara əsasən şəkərli diabetin idarə edilməsi” haqqında məruzə ilə çıxış etmişdir.
Konfransın sonrakı bölməsində Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Cavid Əhmədbəyli ‘’Diş əti xəstəlikləri və şəkərli diabet: vacib məqamlar’’ mövzusunda məruzə ilə cıxış etmişdir. Bu məruzədə endokrinologiya mütəxəssislərinə parodontologiyanın aktual məsələləri, diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi, diş əti xəstəlikləri və şəkərli diabet arasında əhəmiyyətli əlaqə və bu iki xroniki xəstəliklərə qarşı nə şəkildə mübarizə aparılması haqqında ətraflı məlumat verilmiştir.
Konfrans öz işini İspaniyanın Barselona şəhərindəki “Institut d'Investigacions Biomèdiques August Pi Sunyer (IDIBAPS)”-də “Diabet və CVD” tədqiqat şöbəsinin rəhbəri professor Antonio Ceriellonun “Metabolik sindrom və prediabetin idarə olunması” mövzusunda məruzəsi ilə davam etdirmişdir.
Məruzələr ətrafında aparılan müzakirələrdə Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşları fəal iştirak etmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX