Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəylinin "Coronally advanced flap and envelope type of flap plus acellular dermal matrix graft for the treatment of thin phenotype multiple recession defects. A randomized clinical trial” adlı elmi məqaləsi Science Citation Index (SCI) bazasına daxil olan, yüksək impakt faktorlu (4.164) “Journal of Clinical Periodontology” jurnalında nəşr edilmişdir.
Diş əti çəkilmələrinin cərrahi müalicəsindən ibarət olan həmin tədqiqat Türkiyənin Altınbaş və Yeditepe Universitetləri (Prof. Selcuk Yilmaz, Prof. Sebnem Dirikan İpci, Prof. Gokser Cakar) və Brazilyanın Ibirapuera Universiteti (Prof. Leandro Chambrone) əməkdaşları ilə birgə yerinə yetirilmişdir.
Hazırda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası bir çox yerli və xarici ölkələrin elmi müəssisələri və alimləri ilə birgə müştərək işlər yerinə yetirir və alınan nəticələrin dünyanın nüfuzlu tibbi jurnallarında dərc edilməsi planlaşdırılır .
Elmi məqalə ilə PubMed indeksləmə bazasından tanış olmaq mümkündür:
https://www.ncbi.nlm.nih.gov/pubmed/31350924