“Bruselyoz” mövzusunda bir günlük seminar keçirildi

28.09.2019

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlar hazırlanması istiqamətində daim iş gedir.Bu tələbatı ödəmək üçün davamlı tibb təhsili sisteminin uğurla fəaliyyət göstərməsi vacıb amillərdəndir. Ona görə də institut əməkdaşları peşə hazırlığı kurslarının davamlı tibb təhsili sistemi prinsiplərinə uyğunlaşdırrılması üzərində mütəmadi çalışırlar. İşlərdən biri də kursların müddətlərinin davamlı tibb təhsili sisteminə uyğun optimallaşdırılmasıdır.Beləki, 2019/2020-ci tədris ilində 5 və 8 günlük kurslarla yanaşı 1 və 2 günlük seminar /treninqlərin də təşkili nəzərdə tutulmuşdur.Artıq ilk belə seminar yoluxucu xəstəliklər kafedrasi tərəfindən “Bruselyoz” mövzusunda 26.09.2019-ci il tarixində keçirilmişdir.Seminarda iştirak edən həkim-infeksionistlər, həkim-pediatrlar və həkim-terapevtlər bruselyozun müasir diaqnostikası və müalicəsi məsələləri haqqında tam məlumatlandırılmışlar. Seminar iştirkçılarına davamlı tibbi təhsili fəaliyyəti üzrə 6 kredit yığıldığını göstərən müvafiq sertifikatlar verilmişdir.
2019/2020-ci tədris ilində institutun bütün kafedralarında bu tip 1 və 2 günlük seminar /treninqlərin keçirilməsi planlaşdırılır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX