19-22 sentyabr 2019-cu il tarixində Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR) keçirildi. Tədbir Beynəlxalq Pediatriya Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage" tibbi turizm şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur. Ümumilikdə 300-ə yaxın iştirakçısı olan konqresdə 40-a yaxın ölkədən məruzəçi qatılmışdır. UNPSTR konqresinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirmək olmuşdur.
Ə.Əliyev adına ADHTİ pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “Uşaqlar və yeniyetmələr arasında reproduktiv sağlamlığa dair aparılan sorğunun nəticələri” və həmin kafedranın rezidenti Fatma Qurbanova “Əl-ayaq-ağız xəstəliklərindən sonra onikomadezis olgusu” mövzusunda poster təqdimatları ilə konqresdə iştirak etmişlər.