Əməkdaşlarımız “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub

17.09.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə institutun mikrobiologiya və epidemiologiya kafedrasının professoru əməkdar elm xadimi Fərxəndə Əmir qızı Sadıxova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunubdur. Fərxəndə xanım 1991-2018-ci illər ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşmə institutunun mikrobiologiya və epidemiologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Professor F.Ə.Sadıxova Amerika Bioqrafiya İnstitutu tərəfindən 2001-ci ilin görkəmli alimi hesab olunmuşdur və məsləhət şurasına üzv seçilmişdir. Professor F.Ə.Sadıxova ölkəmizdə virusoloji poliomielit laboratoriyasının təşkilatçısı və rəhbəri olmuşdur. Professor F.Ə.Sadıxova poliomielit üzrə qlobal proqramın iştirakçısı kimi ÜST tərəfindən «Qızıl» medalla təltif edilmişdir. 2002-ci ilin iyunun 22-də Kopenhagendə ÜST-nin konfrasında Azərbaycan Respublikası poliomielitdən azad ərazi kimi sertifikat almasında Fərxəndə xanımın böyük rolu olmuşdur. Professor F.Ə.Sadıxova Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Ekoenerji Akademiyasının müxbir üzvü Bioetika üzrə TNK Sədri, Amerika Bioqrafiya İnstitutunun (ABİ) baş tədqiqat-məsləhət şurasının üzvü, Poliovirusların təbii ştamlarının yayılmasının qarşısının alınması üzrə (Konteynment) Milli koordinator, Taun əleyhinə stansiyanın Virusoloji laboratoriyasının rəhbər-məsləhətçisidir.
Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 16 fevral tarixli 1319 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə institutun hematologiya kafedrasının müdiri, dosent, əməkdar müəllim Elmira Əbdülbağı qızı Qədimova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub. Elmira xanım 1990-cı ildən kafedra müdiri vəzifəsində çalışır, eyni zamanda Respublika elmi-praktik Hemofiliya mərkəzinin də rəhbəridir. Elmira xanım 20-dən çox xarici ölkədə hematologiya və transfuziologiya sahəsi üzrə elmi konfrans və simpoziumlarında Respublikamızı layiqincə təmsil etmişdir. E.Ə.Qədimovanın elmi, müalicə və tədris fəaliyyəti Respublika Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və o, 2006-cı ildə Respublikanın “Əməkdar müəllimi”fəxri adına layiq görülmüş, 2007-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. E.Ə.Qədimova institutun ictimai həyatında fəal iştirak edir. O, 2000-ci ildən Ə.Əliyev adına ADHTİ-nin Yeni Azərbaycan Partiyası ilk partiya təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Şura üzvüdür.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX