Ə.Əliyev adına ADHTİ-da “Pediatriyanın tibbi-sosial aspektləri. Müassir yanaşmaların tədbiqi” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir

18.06.2019

Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” əsasında “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş və həyata keçirilir. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktik yardımın keyfiyyətini yüksəltməklə onların sağlamlığını müasir standartlara uyğun vəziyyətə çatgırmaqdan ibarətdir.
Uşaq yaşlarında sağalmlıq pozuntularının erkən aşkarlanması və onların gələcəkdə əmələ gəlməsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsində neonatoloq və pediatrların göstərdiyi yardımlarda yeni yanaşmaların tədbiqi zəruridir. Bu baxımdan Azərbaycanda uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşməlidir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə birgə 21 iyun 2019-cu il tarixində “Pediatriyanın tibbi-sosial aspektləri. Müassir yanaşmaların tədbiqi” mövzusunda keçirəcəyi elmi-praktiki konfrans da həmin müasir yanaşmaları həkimlərə çatdırmaq yolunda mühüm rol oynayacaqdır.
Konfransda pediatriya və neonatologiya sahəsində antenatal diaqnostikanın perspektivləri, yenidoğulmuşlarda mərkəzi sinir sistemi xəstəliklərinin erkən aşkarlanması, erkən uşaqların qidalanması və inkişafı, Azərbaycanda uşaqlar arasında geniş yayılan inkişaf çətinlikləri və bu çətinliklərin erkən aşkarlanmasında yeni yanaşmaların tədbiqi kimi tədqiqatların nəticələri barədə məlumatlar təqdim ediləcəkdir.Eyni zamanda konfransda ölkəmizdə onurğa xəstəliklərinin yayılması və bu halların vaxtında aşkarlanmasında pediatrların rolu haqqında, pediatriyanın sosial aspektləri, uşaq zorakılığına dair məsələlər barədə də məlumatlar təqdim ediləcəkdır.
Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşları ilə yanaşı Qazaxıstan Ana və Uşaq Milli Elmi Mərkəzinin professoru Dair Nurqaliyev və Dağıstan Dövlət Tibb Universitetinin pediatriya kafedrasının dosenti Vaqif İbrahimov təqdimatlarla çıxış edəcəklər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX