03-14 iyun 2019-cu il tarixində Qubada Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrası tərəfindən "Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda səyyari kurs keçirilmişdir. Kursda Quba,Qusar, Siyəzən, Xaçmaz rayonlarında çalışan 31 nəfər həkim-pediatr, neonatoloq, təcili tibbi yardım həkimləri iştirak etmişlər. Dərslər pediatriya kafedrasının müdir əvəzi professor Rəqsanə Məmmədovanın rəhbərliyi ilə dosentlər Mətanət Qaraxanova, Zemfira Quliyeva və assistent Təranə İbadova tərəfindən aparılmışdır. Kurs ərzində uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərin xüsusiyyətləri, bu vəziyyətlərdə yardım prinsipləri və alqoritmləri, müalicə taktikaları həkim-dinləyicilərə məsələlər vasitəsi ilə təqdim edilmişdir.
Eyni zamanda dosent M.Qaraxanova Quba rayonu Perinatal Mərkəzinin tibbi heyəti ilə görüşmüş,onlara Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 dekabr 2018-ci il 505 saylı “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmri ilə əlaqədar məlumatları çatdırmışdır.Bundan başqa uşaq poliklinikasının tibbi heyəti ilə də görüş keçirilmiş və onlara uşaq sağlamlığı ilə bağlı yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barədə məlumatlar verilmişdir.