Şirvan şəhərində həkimlərə distant kurs təşkil olunmuşdur

05.02.2019

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Respublika əhalisinə müasir tibbi yardımın göstərilməsi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edən keyfiyyətli tibbi təhsilin müxtəlif formaları həyata keçirilir. Beləki, burada bütün ixtisaslar üzrə həkimlər xüsusi tədris proqramları vasitəsilə öz bilik və bacarıqlarını artırırlar. Bu proqramlar arasında distant kurslara xüsusi önəm verilir.
2019-cu il yanvar ayının 28-dən fevral ayının 8-dək Şirvan şəhərində pediatrlar üçün distant kurs təşkil olunmuşdur. Kursa Şirvan, Hacıqabul, Salyan, Sabirabad rayonlarında çalışan 34 nəfər pediatr, neonatoloq, təcili tibbi yardım həkimləri cəlb olunmuşlar. Şirvan şəhərinə ezam olunmuş institutun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova həkim-dinləyiciləri kursa daxil olunan mövzularla tanış edərək distant dərslərin aparılması haqqında məlumatlar vermişdir. Kurs müddəti ərzində müdavimlər iş yerlərini tərk etmədən kafedranın əməkdaşları tərəfindən oxunan mühazirələri distant olaraq dinləyəcəklər. Eyni zamanda uşaq poliklinikasının tibbi heyəti ilə görüş keçirilmiş və onlara uşaq sağlamlığı ilə bağlı yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barərə məlumatlar çatdırılmışdır.
Bununla yanaşı M.Qaraxanova və Şirvan şəhəri Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Şirinxanım Səmədzadə Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin 11 oktyabr 2018-ci il 379 nömrəli “Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi” və 03 dekabr 2018-ci il 505 nömrəli “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmrlərının ətrafında müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki, ilin sonuna qədər Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən Şirvan şəhərində uşaqlara xidmət göstərən həkimlər, orta tibb işçiləri, psixoloq və pedaqoqlar üçün “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyinin istifadəsi”nə dair təlim və “Uşaqlar arasında nadir rast gəlinən xəstəliklər” mövzusunda seminar keçiriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX