Azərbaycan Tibb İctimai Birlikləri və Assosiasiyaları İlham Əliyevi yenidən Prezident görmək istəyir

15.02.2018

14 fevral 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun akt zalında Azərbaycan Tibb İctimai Birliklərinin və Assosiasiyalarının birgə iclası keçirildi. Institutun rektoru professor Nazim Qasımov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin, xalqımızın hamisi və qarantı Prezident İlham Əliyev siyasətinin gücü və ali məqsədidir. Onun rəhbərliyi ilə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına real şərait yaratmışdır. Ölkəmizdə insana göstərilən qayğı, bütün cəmiyyətin ümumi rifahının yüksəldilməsinə xidmət prioritet vəzifədir. Respublikamızda həyata keçirilən daxili və xarici siyasətin qayəsini ilk növbədə insanların həyatını yaxşılaşdırmağa yönəlmiş müsbət sosial siyasət təşkil edir. Ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması dövlətin sosial siyasətinin birbaşa məqsədlərindən biridir. İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliyinə imkan verir. Təhsil və səhiyyədə aparılan uğurlu işlər onların səviyyəsini müasir standartlara çatdırmağa imkan vermişdir.
Sonra təşəbbüs qrupu tərəfindən AMEA-nın müxbir üzvü, professor Sudeyif İmamverdiyev çıxış etdi və bu iclasın qarşıdan gələn president seçkilərində səhiyyə ictimaiyyəti tərəfindən namizədin irəli sürülməsi məsələsini müzakirə edilməsi üçün toplandığını nəzərə çatdırdı. İclasın sədri professor Surxay Musayev gündəlikdəki məzələ ilə əlaqədar çıxış etmək üçün təçəbbüs qrupuna daxil olan Respublika Tibb İctimai Birliklərinin və Assosiasiyalarının nümayəndələrinə söz verdi.
Çıxış edən “Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti” ictimai birliyinin sədri Kamran Musayev,”Respublika Epidemioloqlar Cəmiyyəti” ictimai birliyinin sədri İbadulla Agayev,”Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyinin üzvü Kəmalə Qurbanova,” Azərbaycan Kardiologiya Cəmiyyəti” ictimai birliyinin üzvü Əfsər Nəcəfov,” Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası” ictimai birliyinin üzvü Şakir Qasımov, ”Nevroloqların Milli Assosiasiyası” ictimai birliyinin məsul katibi Rahim Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, əldə olunan nailiyyətlərdən bəhs etdilər.Onlar qeyd etdilər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.Xüsusilə diqqətə çatdırıldı ki, Azərbaycan təhsili və səhiyyəsinin bügünki inkişafı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, xüsusi olaraq təhsil və səhiyyə sektoruna olan birbaşa diqqət və qayğının nəticəsidir. Həmin qayğının sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur.Prezidentin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülmüş, islahatlar aparılmışdır. Azərbaycan səhiyyəsinin müasir dövrdə özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.
Bütün çıxışçılar 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində President İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təklif etdilər. Təkliflə baglı qərar oxundu və səsə qoyuldu. Qərar yekdilliklə qəbul edildi və Azərbaycan Tibb İctimai Birliklərinin və Assosiasiyaları tərəfindən qarşıdan gələn prezident seçkilərində yenidən seçılmək üçün namizəd kimi President İlham Əliyevin namizədliyi irəli sürüldü.
Tədbirin iştirakçıları, qərara əsasən, President İlham Əliyevə müraciət qəbul etdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX