Astara şəhərində həkimlərə elmi-praktiki seminar keçirildi

07.02.2018

Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” qəbul edilmiş və həyata keçirilir. Bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 4.1 bəndinin və Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər planı”nın 4.1; 4.2; 4.3; 4.4; 4.5; bəndlərinin icrası məqsədilə Pediatriya, Mamalıq və Ginekologiya və Şüa diaqnostika kafedralarının müəllim heyətinin iştirakı ilə 04.02.2018 il tarixində Astara şəhərində 1 günlük elmi-praktiki seminar təşkil olunmuşdur.Seminarda Astara rayonu ilə yanaşı ətraf rayonlar olan Lerik, Lənkəran, Massallı,Yardımlı, Cəlilabadın ilkin səhiyyə xidmətlərində və xəstəxanalarında çalışan həkim-pediatr, mama-ginekoloq, şüa-diaqnostika üzrə 80 nəfər həkimi iştirak etmişdir.
Seminarda dünya və Azərbaycanda ana və uşaqlar arasında xəstəliklərin yayılması, ölüm halları və səbəblər barədə, eləcədə ölkədə Dövlət proqramları çərçivəsində həyata keçirilən hamilə qadınlara və yenidoğulmuşlara təşkil olunan perinatal xidmətlər barədə geniş məlumatlar müqayisəli şəkildə təqdim edilmişdir. Təqdimatlarda seminar iştirakçılarına Azərbaycanda uşaqların inkişafının erkən aşkarlanmasına dair yeni yanaşmaların tədbiqi ilə bağlı məlumatlar xüsusi vurğulanmışdır. Hamilə qadınlar arasında endokrinoloji problemlərdən tez-tez rast gəlinən şəkərli diabetin xüsusiyyətləri və müasir diaqnostika, müayinə üsullaru, hamilə qadınların bu məsələlərdə davranış xüsusiyyətləri barədə məlumatlar seminar iştirakçılarına ayrı bir təqdimatda endokrinoloq tərəfindən çatdırılmışdır. Həkimlərə hamilə qadınlara müasir şüa diaqnostikası və ultrasəs müayinələrinin aparılmasına dair məlumatlar isə bu sahə üzrə mütəxəssislər tərəfindən xüsusi klinik halların nümayişi ilə təqdim edilmişdir. Təqdimatlar diskussiya şəklində aparılmış,seminar iştirakçılarının sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Təqdimatlar Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti M.Qaraxanova, mamalıq və ginekologiya kafedraların dosenti R.Hacıyeva, şüa diaqnostika kafedrasının əməkdaşları Aydın Mirzəyev və Azər Fərəcov, endokrinoloq Hidayət Məmmədzadə tərəfindən edilmişdir. Sonda həkim-dinləyicilər belə seminarların onlar üçün çox əhəmiyyətli olduğunu vurğulayaraq minnətdarlıqlarını bildirmişlər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX