Elan! “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans keçiriləcəkdir
17.12.2018
Respublika Dövlət Statistika Komitəsinin açıqlamasına görə uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk yerlərdədir.Bu xəstəliklərin uşaqlarda yaranma səbəbləri müxtəlifdir. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Həmçinin ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozğunluqlarına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.
Göstərilən məsələlərin müzakirəsinə həsr olunmuş “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda elmi-praktik konfrans 20 dekabr 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcəkdir.
Konfrans Ə.Əliyev adına ADHTİ-nun akt zalında baş tutacaqdır. Pediatrlar, neonatoloqlar, nevroparoloqlar və psixiatrlar dəvət olunurlar.