Davamlı Tibbi Təhsil sisteminin milli modeli müvəffəqiyyətlə fəaliyyət göstərir

05.12.2018

Dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır. Həkimlərimizin müasir tibb elminin inkişafı ilə ayaqlaşmaları üçün, onların son nailiyyətlərdən xəbərdar olmalarını təmin etmək üçün bu təhsil növünün ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. 2017-2018-ci tədris ilindən Azərbaycan Respublikasının Səhiyyə Nazirinin əmrinə uyğun olaraq səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılınası məqsədi ilə Davamlı tibbi təhsil sisteminin milli modeli Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvəffəqiyyətlə tətbiq edilməkdədir. Həmin əmrlə ”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilmiş,səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, onları öz işində rəhbər tutsunlar. Hal-hazirda institutun bütün kafedralarında təkmilləşdirmə kurslarının təşkili və proqramlari yenilənmış, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu təkmilləşdirilmişdir. İnstitutun təqvim-tədris planına aktual mövzulu, hazırkı təlabatdan doğan və həkimlərin praktiki peşə fəaliyyəti üçün lazım olan yeni biliklərin tədrisini özündə əks etdirən müddəti 2 həftəlik olan qısaldılmış ixtisasartırma kursları daxil edilmişdir. Tədris qruplarının komplektləşdirilməsi həkimlərin ixtisaslar üzrə tutduğu vəzifələr, çalışdığı müəssisələrin profilləri, iş stajları və s. meyarlar nəzərə alınmaqla aparılır. Azərbaycan Respublıkası Səhiyyə Nazirliyinin göstərişi ilə kursların komplektləşdirilməsində yeni qaydalar tətbiq edilmişdir. Həmin qaydalara görə müdavimlərin kursa göndərilməsi elektron əmr formasında bilavasitə tibb müəssisələrinin kadrlar şöbələrinin əməkdaşları tərəfindən yuxarıda qeyd olunan meyarları nəzərə almaqla həyata keçirilir. Eyni zamanda adı çəkilən qısamüddətli kurslara qəbul zamanı institutda vaxt itkisinə yol verilməməsi üçün kurslara göndərilmiş həkimlərin qeydiyyatı böyük əksəriyyətlə bilavasıtə kafedralarda və kursların başlanmasına bir neçə gün qalmış aparılır. Kursların lazım olan müddətdə tam olaraq keçirilməsi üşün həyata keçirilmiş yeniliklər haqqinda məlumatlar Respublikada yerləşən bütün tibb müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırılmışdır.
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi tibbdə də sürətli dinamik inkişaf baş verir. Respublikada çoxsaylı yeni tibb ocaqları yaradılmış və ya əsaslı təmir olunmuşdur. Həmin müəssisələr tibb elminin ən müasir nailiyyətlərinə əsaslanan texnika və ləvazımatlarla təchiz olunmuşdur. Belə bir şəraitdə Ə.Əliyev adına ADHTİ-nun kollektivi də öz işini günümüzün tələbinə uygun qürmağa, ilk növbədə tədrisin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına çalışır.Hal-hazırda institutun 28 kafedrası tədris korpusundan başqa müxtəlif çoxsaylı klinik bazalarda fəaliyyət göstərir. Bunlara Bakı şəhər 3 saylı klinik xəstəxana, institutun plastik və rekonstruktiv cərrahiyyə mərkəzi,Z.Əliyeva adına ET Oftalmologiya İnstitutu,Milli Onkiloji Mərkəz, Respublika Kliniki uroloji xəstəxana, Mir-Qasımov adına Respublika klinik xəstəxanası və digərləri aiddir. Bu tədris ilində Azərbaycan Respublikasının Səhiyyə Nazirinin əmri ilə institutun ailə təbabəti və pediatriya kafedralarına da yeni klinik bazalar verilmişdir. Bu klinik bazalar öz əhəmiyyətinə görə regionun lider müəssisələrindəndir.Onların yüksək və müasir maddi-texniki təminatı ən müasir diaqnostika və müalicə üsullarının tətbiq olunmasına imkan verir.Burada yerləşən müvafiq kafedraların professor-müəllim heyəti həmin imkanlardan dəyərlənərək tədris prosesini təşkil edirlər. Tədrisin keyfiyyətinin artırılması istiqamətində bu gün institutda əhəmiyyətli işlər görülmüşdür. Hazırda institutda ali tibb kadrlarının diplomdan sonrakı təhsilinin müxtəlif növləri əyani və distant formalarda həyata keçirilir. İnstitut kafedralarının keçirdiyi distant səyyar kurslar respublikamızın bütün bölgələrini əhatə edir. İnstitutda aparılan dərslər paralel olaraq onlayn formada bölgələrə translyasiya olunur.Bu, region həkimlərinin paytaxta gəlmədən, xərc çəkmədən təhsil almalarını reallaşdırır. Bundan əlavə, ilk dəfə olaraq Azərbaycanlı həkimlər üçün Rusiya Federasiyasının paytaxtı Moskvadan translyasiya olunan distant kurslar keçirilmişdir. Bu kurslar Səhiyyə Nazirliyinin sifarişi əsasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində 2009-cu ildə imzalanmış müqavilə əsasında təşkil edilmişdir. Diqqətəlayiq hadisədir ki, kursların müəyyən hissəsində Rusiya Federasiyasının Diplomdansonrakı Təhsil Akademiyasının əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar, həm də Rusiya həkimləri üçün paralel distant məşğələləri keçirmişlər. Mühazirələrdə institutumuzda təhsil alan həkim-müdavimlərlə yanaşı respublikanın müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.Beynəlxalq təhsil sahəsində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə atılan son addımllardan biri də respublikamızda praktik səhiyyədə çalışan yüksək ixtisaslı əcnəbi mütəxəssislər heyətinin ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunmasıdır. 2014-cü ildən başlayaraq ADHTİ-nin pediatriya, terapiya, kardiologiya, Şüa diaqnostikası, Mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Belşika və Hollandiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə həkimlərə müxtəlif mövzularda mühazirələr oxuyurlar. Ə.Əliyev adına ADHTİ-u endoskopik müalicə metodlarını mənimsəmiş həkimlərə böyük ehtiyac olduğunu nəzərə alaraq mütəmadi şəkildə 2013-2014-cü tədris ilindən etibarən Respublikamızda ilk dəfə olaraq "Laparoskopik treyning"adı altında iki həftəlik tematik təkmilləşmə kursları təşkil etmişdir. "Laparoskopik treyning" kursunda müasir simulyatorlar tətbiq olunur və master klaslar aparılır. Bu avadanlıqda kifayət qədər məşq keçmiş müdavim kafedra bazasında müəllimlərin iştirakı ilə aparılan əməliyyatlarda iştirak edərək və bu əməliyyatları sərbəst etmək bacarığı əldə edirlər.Kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə bu bacarığı təsdiqləyən şəhadətnamə verilir ki, bunun əsasında onlar çalışdığı müəssisələrdə belə əməliyyatları etmək hüququ qazanırlar. Məzunlarımız artıq yerlərdə bu tip əməliyyatları uğurla icra edirlər. Təcrübə göstərir ki, laparoskopik metodun tətbiqinə nəinki ümumi cərrahiyyədə, həmçinin cərrahiyyənin digər sahələrində də təlabat böyükdür. Bunu nəzərə alaraq həmin tədris ilində "Laparoskopiyanın əsaslar" adlı daha bir kurs təşkil olunmuş və bu kursa ümumi cərrahlarla yanaşı həkim-onkoloqlar, mama-ginekoloqlar və uroloqlar da cəlb olunmuşlar. Bu kursda müxtəlif ixtisaslı mütəxəssislərin laparoskopik metodun bazis nəzəri biliklərinin və vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayrılmışdır. Gələcəkdə kursların mütəmadi olaraq daha çox ixtisası əhatə etməsi və tədris olunan cərrahi əməliyyatların çeşidinin artırılması nəzərdə tutulur.
Son vaxtlar Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tematik təkmilləşmə kurslarında həkim-mütəxəssislərin praktik peşə vərdişlərinin lazımi səviyyədə mənimsənilməsinə böyük diqqət verilir. Bu məqsədlə institut həkimlərdə müxtəlif tibbi-manipulyasiyaların icrası vərdişlərini aşılamaq üçün xüsusi simulyatorlar əldə etmiş və onlardan tədris prosesində geniş istifadə olunur. Bu cür simulyatorlar institutun pediatriya, terapiya, cərrahiyyə, travmatologiya və ortopediya, anesteziologiya və digər kafedralarında mövcuddur. 2014/2015-ci tədris ilindən başlayaraq institutun anesteziologiya və reanimatologiya kafedrasında “Regionar anesteziya üzrə treninq” mövzulu praktik yönümlü tematik təkmilləşmə kurslarını keçirilir. Kursun əsas məqsədi həkim anestezioloq-reanimatoloqlarda spinal, epidural punksiya və kateterizasiya texnikasına aid praktiki vərdişlərin formalaşdırılmasıdır. Manual vərdişlərin formalaşması məqsədilə müasir simulyatorlardan istifadə edilərək treninqlər keçirilir. Spinal punksiyanın manual vərdişlərinin formalaşması üçün spinal punksiya simulyatorundan, epidural punksiya və kateterizasiyanın manual vərdişlərinin formalaşması üçün epidural anesteziya simulyatorundan istifadə olunur. Kurslarda tədrisin keyfiyyətinin yüksəldilməsi yollarından biri həkimlər tərəfindən müxtəlif tibbi ədəbiyyat materiallarının, yeni informasiyaların müdavimlərə çatdırılmasıdır. Bu məqsədlə institutun elektron kitabxanası yaradılmış, onun fondları müasir tibbi ədəbiyyat və müxtəlif dillərdə nəşr olunan xarici jurnallar və s. hesabına yeniləşdirilmişdir. Eyni zamanda institutun elektron saytında xüsusi tibbi məlumat arxivi yaradılmışdır. Məlumat arxivində müəllimlərin bütün ixtisaslar üzrə mühazirələrin prezentasiya variantları, kafedraların nəşr etdikləri tədris vəsaitləri, aktual mövzulu, institutda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalələr, milli və xarıcı klinik protokollar, elektron kitablar və s. yerləşdirilirr. Tibb mütəxəssisləri institutun web saytına girməklə bu məlumatları asanlıqla əldə edirlər. Peşəkar tibbi informasiyanın bu cür çeşidlənməsi və tibb ictimaiyyətinə təqdim olunması ümumilikdə həkimlərin peşə hazırlığının yüksəldilməsinə xidmət edir və son nəticədə əhaliyə göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşmasına səbəb olur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən kurslar müdavimlər tərəfindən böyük maraqla qarşılanır.Beləki, 2017/2018-ci tədris ilinin başlanğıcından keçən 2,5 aya institutda artıq 5000-ə yaxın müdavim ixtisasartırma kursu keçmışdır.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları praktikaya daxil edilir.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX