Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

27.11.2018

27 noyabr 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Davamlı tibb təhsilinin tətbiqi məsələlərinin müzakirəsi.
Məruzəçi : prorektor dosent T.H.Eyvazov

2. Şua diaqnostikası kafedrasının adında dəyişiklik barədə.
3. Psixiatriya və narkologiya kafedrasının müdiri t.e.d. Qafarov Teymur Əli oğluna professor elmi adının verilməsi.
4. Ümumi cərrahiyyə 2 kafedrası üzrə t.e.d. Əliyev Şahin Həşim oğluna dosent elmi adının verilməsi.
5. Mərkəzi Elmi Tətqiqat Laboratoriyasının müdiri Sadıkov Rafail Vəli oğluna immunologiya ixtisası üzrə dosent elmi adının verilməsi.
6. Mamalıq və ginekologiya kafedrası üzrə Hacıyeva Reyhanə Sabir qızına dosent elmi adının verilməsi.
7. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun bütün kafedralarında 2018/2019-cu tədris ilində diplomdansonrakı təhsilin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun olaraq təqvim ili atrıq iki həftəlik kurslardan təşkil olunmuşdur. Eyni zamanda bu tədris ilində müraciət əsasında plandan əlavə səyyari kurslrın keçirilməsi, Dövlət Proqramları, Milli fəaliyyət planları, SN-nin fəaliyyət planlarının icrası ilə əlaqədar kursların və digər tədris tədbirlərinin keçirilməsi, ödənişli kurs, trening və s. təşkili ilə yanaşı poliklinikalarda razılaşma əsasında seminarların keçirilməsi də planlaşdırılır. Prorektor öz çıxışında 01.11.18-28.02.18 müddətlərində kursların komplektləşdirilməsi və proqnozu, DTT tətbiqi ilə əlaqədar yaranmış izafi müdavim kütləsi məsələsinin həlli yolları, plandan əlavə səyyari kursların təşkili, DTT-nin tətbiqi ilə əlaqədar növbəti tədris ilində təqvim planının hazırlanması xüsusiyyətləri, təkmilləşdirmə kurslarının elektron təqdimatının vəziyyəti,institutun distant tədris portalın təşkilinin bəzi məsələləri, videomühazirələrin çəkilişi haqqında, BMJ resurslarının sertifikasiya prosesində istifadəsi haqqında, institutun əməkdaşları tərəfindən BMJ portalı resurslarından istifadəsinin cari vəziyyəti, anketləşmə əsasında ixtisasartırma kurslarının müdavimlər tərəfindən qiymətləndirilməsinin ilkin nəticələri və təhlili haqqında geniş məlumat verdi.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2018/2019-cu tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir.
II məsələ üzrə institutun şüa diaqnostikası kafedrasının müdiri dosent Fəridə Nəsirova çıxış edərək bildirdi ki, müasir dövrdə xəstəliklərin şüa terapiyası geniş tətbiq olunmasına baxmayaraq ölkəmizdə bu ixtisas üzrə ixtisasartırma kursları keçmək üçün ixtisaslaşmış mərkəz olmamışdır. Şüa diaqnostikası kafedrasının nəzdində şüa terapiyası kursunun açılması bu məsələni həll etmiş olur. Ona görə də bu halın kafedranın adında əks olunması daha düzgün olardı.
Elmi şurada müzakirələrdən sonra yekdilliklə qərara alındı ki, ”Şüa diaqnostikası” kafedrasının adı dəyişdirilib “Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrası olsun. Elmi şuranın gündəliyinin digər məsələləri professor və dosent elmi adlarının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX