Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

02.11.2018

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1.Ə.Əliyev adına ADHTI-nun 2018/2019-cu tədris ilinin sentyabr-oktyabr ayları üçün təkmilləşdirmə kurslarının göstəriciləri.

Məruzəçilər: cərrahiyyə fakültəsinin dekanı dosent S.Əliyev
terapiya fakültəsinin dekanı dosent Z. Quliyeva
tibbi-profilaktika fakültəsinin dekanı dosent K.Kərimova

2.Ümumi cərrahiyyə-1 kafedrası üzrə Əkbərova İlahə Kamal qızına dosent elmi adının verilməsi.
3.Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə cərrahiyyə fakültəsinin dekanı dosent S.Əliyev, terapiya fakültəsinin dekanı dosent Z. Quliyea, tibbi-profilaktika fakültəsinin dekanı dosent K.Kərimova çıxış etdilər.
Cərrahiyyə fakültəsinin dekanı dosent S.Əliyev qeyd etdi ki, 2018/2019-cu tədris ilinin sentyabr-oktyabr ayları üçün fakültədə keçirilmiş 38 kursa plan üzrə 442 müdavim gəlməli olduğu halda 492 müdavim qəbul edilmişdir. Plan 111,3% yerinə yetirilmişdir.
Terapiya fakültəsinin dekanı dosent Z. Quliyea çıxış edərək bildirdi ki, 2018/2019-cu tədris ilinin sentyabr-oktyabr ayları üçün fakültədə keçirilmiş 29 kursa plan üzrə 665 müdavim gəlməli olduğu halda 671 müdavim qəbul edilmişdir. Plan 101% yerinə yetirilmişdir.
Tibbi-profilaktika fakültəsinin dekanı dosent K.Kərimova çıxış edərək bildirdi ki, 2018/2019-cu tədris ilinin sentyabr-oktyabr ayları üçün fakültədə keçirilmiş 28 kursa plan üzrə 350 müdavim gəlməli olduğu halda 270 müdavim qəbul edilmişdir. Plan 77% yerinə yetirilmişdir və 2017/2018-ci tədris ilinin sentyabr-oktyabr ayları ilə müqayisədə 25% artım qeyd edilmişdir.
Çıxışçılar bildirdilər ki, bu tədris ilində keçən tədris ilindən fərqli olaraq kafedralarda müdavim qəbulu planının yerinə yetirilməsində nəzərə çarpacaq irəliləyişlər qeyd edilmişdir. Bu, hər şeydən əvvəl davamlı tibb təhsili sisteminin genuş işləməyə başlaması ilə əlaqədardır. Respublikada çalışan həkimlər və səhiyyə rəhbərləri bu sistem haqqında kifayət qədər məlumatlandırılmışlar və Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmasına başlanmışdır.
Elmi şuranın gündəliyinin digər məsələsi ümumi cərrahiyyə-1 kafedrası üzrə Əkbərova İlahə Kamal qızına dosent elmi adının verilməsi olmuşdur. Bu məsələnin müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX