Rezidentlərin rektorla görüşü olmuşdur

23.10.2018

23.10.2018-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımovla 2018/2019-cu tədris ilində institutun rezidentura bölməsində ilk dəfə təhsilə başlayan rezidentlərin görüşü keçirilmişdir. Professor N.A.Qasımov rezidentlərə müraciətində institutun şanlı tarixindən danışmış, onun Azərbaycan səhiyyəsində xüsusi yeri olduğunu qeyd etmiş, burada çalışmış və hal-hazırda çalışan alim və mütəxəssislərin tibb elminə və praktik səhiyyə verdiyi töhfələrdən bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TQDK-nin birgə keçirmiş oldugu rezidentura səviyyəsinə qəbul zamanı Ə.Əliyev adına ADHTİ-nin müxtəlif kafedralarına 20 ixtisas üzrə 117 həkim-rezident qəbul olunmuşdur. Sonra rektor rezidentlərin vəzifə və öhdəliklərini xatırladaraq onların öz üzərlərində daim çalışmalı olduqlarını söyləmiş və onlara təhsillərində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə institutun rezidentura təhsili üzrə prorektoru t.e.d. Əliyev Ş.H., rezidentura şöbəsinin müdiri Hüseynova A.R. və rezidentlərin kuratorları iştirak etmişlər.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX