Ə.Əliyev adına ADHTİ-də Beynəlxalq dodaq və damaq yarığı konfransı keçiriləcək

13.10.2018

27-28 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Türkiyə dodaq və damaq yarıqları dərnəyi, Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin təşkilatçılığı ilə Ə.Əliyev adına ADHTİ-də “Beynəlxalq dodaq və damaq yarığı konfransı” keçiriləcəkdir.
Dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları 1.000 doğumdan bir, damaq yarıqları isə 2.500 doğumdan bir olaraq qeydə alınır. Bu anomaliyalar dünyanın hər yerində çox sıx rast gəlinən, həm uşaq, həm də ailə üçün ağır bir travma olmaqla uşaqda psixi və fiziki inkişaf problemlərinə gətirib çıxaran bir vəziyyətdir.
Bu patologoyalari aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sirasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılmış və bu istiqamətdə ciddi elmi araşdirmalar aparılır. Ölkəmizdə də bu patologiyaların müalicəsinin tarixi ənənələri vardır. Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasında aparılan elmi tədqiqatların nəticələri, tətbiq olunan cərrahi əmliyyatlar dodaq və damaq yarıqlarının müalicəsində müvəffəqiyyətlə istifadə olunur. Ona görə də belə mötəbər tədbirin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilməsi qanunauyğun bir haldır.
Konfransın proqramı dodaq və damaq yarıqlarının və üz nahiyyəsində yaranan müxtəlif toxuma defektlərinin rekonstruksiyası cərrahiyyəsinin ən mübahisəli problemlərinin həllinə yönəldilmiş elmi araşdirmaların nəticələrini əhatə edir. Eyni zamanda konfrans ölkəmizdə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsinin son nailiyyətlərini müzakirə etmək imkanı verəcəkdir.
Konfransda iştirak etmək üçün http://ddy2018.org ünvanından daxil ola bilərsiz. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyində akkreditasiyadan keçmişdir və iştirakçılara kredit ballarla təmin olunan sertifikatlar veriləcəkdir.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX