Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Xaçmaz şəhərində səyyari kurs keçirdi

13.10.2018

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2018/2019-cu tədris ili üçün təkmilləşdirmə kurslarının təqvim planına uygun olaraq stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası 01.10.18-12.10.18-ci il tarixində Xaçmaz şəhərində "Stomatologiyanin aktual məsələləri" mövzusunda səyyar kurs keçirmişdir. Kursa Xaçmaz, Quba və Siyəzən şəhərlərində çalışan 19 həkim-stomatoloq cəlb edilmiş idi. Kursun əsas məqsədi - stomatologiya və üz-çənə cərrahiyyəsində praktik bacarıqların daha yaxşı mənimsənilməsi və təkmilləşdirilməsi olmuşdur.
Dərslər Ə.Əliyev adına ADHTİ-nin stomatologiya və üz-çənə carrahiyyəsi kafedrasının müdiri professor Oqtay Seyidbəyovun rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılmışdır.
Kurs ərzində eyni zamanda sertifikasiya imtahanına hazırlaşmaq üçün təqdim olunmuş test nümunələrinin araşdirilması da həyata keçirilmişdir.
Həkim-stomatoloqlar tədris proqramında nəzərdə tutulmuş stomatologiya və üz-çənə cərrahiyyəsinin müasir məsələlərinin təqdimatından razı qaldıqlarını bildirməklə yanaşı kafedranın əməkdaşlarına təşəkkürlərini bildirdilər.
Kursun axırında müdavimlərə Serifikasiya Komissiyasina təqdim etmək üçün 60 kredit bal qazandıran şəhadətnamələr verildi.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX