“Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı Ali Attestasiya Komissiyasının tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edildi

06.07.2018

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı nəşr olunur. Onun əhatə dairəsi geniş həkim auditoriyası və fundamental tibbi-bioloji ixtisas mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Jurnalın səhiyyədə hakim mövqedə duran milli və xarici mütəxəssislərdən təşkil olunmuş redaksiya heyəti və şurası təqdim olunan elmi işlərin müasir təbabətin elmi araşdirmalara tətbiq etdiyi standartlara uyğun olmasını təmin edir. Burada təqdim olunan rubrikalar, orijinal məqalələr, müasir texnologiyalı şərhlər, mühazirələr, tarixi xronikalar mütəxəssislərdə maraq doğurmuşdur. Jurnal yalnız kliniki və fundamental elmləri deyil, həmçinin tibb qanunvericiliyi və səhiyyə maariflənməsi məsələlərini də işıqlandırır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elm nəşrlər qarşısında qoyulan bütün tələblərə cavab verdiyinə görə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda nəşr edilən “Tibb və Elm” Ə.Əliyev adına elmi-praktik jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin təsdiq etdiyi “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX