Ə.Əliyev adına ADHTİ və İSİM əməkdaşlarının iştirakı ilə “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” seminarı və dəyirmi masa keçirildi

03.07.2018

Autizm spektr pozuntuları inkişaf çətinliklərinə aiddir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya, psixiatriya, nevrologiya və ailə təbabəti kafedralarında keçirilən kurslarda bu mövzuya aid dərslər keçirilir, həkimlərə praktik vərdişlər aşılanır. Eyni zamanda institutun əməkdaşları ölkədə bu mövzu ilə əlaqədar həyata keçirilən bütün tədbirlərə qatılaraq yeni yanaşmalara yiyələnirlər.
28 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirildi.Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun və İSİM-in əməkdaşları, müxtəlif rayon və şəhərlərindən olan pediatr, psixo-nevroloq və psixoloqlarının iştirakı ilə keçən tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün strateji planı üzrə Fəaliyyət Planının 3.1.2-ci “Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması üçün davamlı tibbi təhsil mexanizmlərinin işlənməsi” bəndinə əsasən təşkil olunmuşdu.
Tədbiri giriş sözü ilə açan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ölkəmizdə autizmlə bağlı vəziyyət barədə məlumat verdi, dövlət və qeyri-dövlət qurumları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açdı. ABŞ-dan dəvət olunmuş mütəxəssis Marina Əzimova autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklərdən danışdı. Onlara lazım olan dəstəyin böyük əhəmiyyətini vurğulayan mütəxəssis bildirdi ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Cəmiyyətin hər bir üzvünün onlarla münasibətdə diqqətli olmasının vacibliyini qeyd edən mütəxəssis autizmin xəstəlik deyil, fərqlilik olduğunu vurğuladı.ABŞ-dan dəvət olunmuş digər mütəxəssis Endi Şih (Andy Shih) və Türkiyədən dəvət olunmuş mütəxəssis Canan Tanidir çıxış edərək, autizm spektr pozuntusu olan uşaqların valideynlərinin, yaxınlarının onlarla rəftarlarının reabilitasiya üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdılar.
Mövzunun davamı olaraq iyun ayının 29-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Lider qadınlar” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin dəstəyi ilə “Autizm spektrum pozuntusu” mövzusunda dəyirmi masa da keçirildi. Tədbirdə Milli Məclisin deputatları, ATU, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak etdilər.Çıxış edən mütəxəssislər autizmli insanların reabilitasiyası istiqamətində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verdilər, bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirdilər. Ə.Əliyev adına ADHTİ-nin pediatriya və nevrologiya kafedralarının əməkdaşları Mətanət Qaraxanova və Mehriban Məmmədova bu sahədə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verdilər, İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin tədbiqindən danışdılar.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX