Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

29.06.2018

29 iyun 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-nin 2018-2019-cu illər üçün təqvim planının müzakirəsi və təsdiq olunması.
Məruzəçi: prorektor T. Eyvazov

2. Ftiziatriya kafedrası üzrə t.e.d. Məmmədbəyov Elcan Nazim oğluna professor elmi adının verilməsi.
3. Ftiziatriya kafedrası üzrə t.e.d. Şixəliyev Yavər Şixəli oğluna professor elmi adının verilməsi.
4. Müxtəlif məsələlər.

I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2018/2019-cu tədris ili üçün hazırlanmış ixtisasartırma kurslarının təqvim planı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də səyyari təhsil kurslarına təqvim planında müəyyən yer verilmişdir. Təqvim planının tərtib olunmasında yenə də modul sistemindən istifadə edilmişdir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür və həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Diplomdansonrakı təhsilin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun olaraq bu ildən bütün kafedralarda təqvim ili atrıq iki həftəlik kurslardan təşkil olunmuşdur. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur.Bu tədris ilində müraciət əsasında plandan əlavə səyyari kurslrın keçirilməsi,Dövlət Proqramları, Milli fəaliyyət planları, SN-nin fəaliyyət planlarının icrası ilə əlaqədar kursların və digər tədris tədbirlərinin keçirilməsi,ödənişli kurs, trening və s. təşkili ilə yanaşı poliklinikalarda razılaşma əsasında seminarların keçirilməsi də planlaşdırılır.Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır.
2018/2019-ci tədris ili üçün planlaşdırılmışdır:
Kursların sayı - 697 (onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 361, müxtəlif tematik modulların tədrisi ilə - 313).
Səyyar kurslar - 23.
İnstitut üzrə illik qəbul ediləcək müdavimlərin sayı 10278 müdavim olacaqdır. O cümlədən:
Terapiya fakultəsi üzrə - 4215 müdavim;
Cərrahiyyə fakultəsi üzrə - 3888 müdavim;
Tibbi-profilaktika fakultəsi üzrə - 2175 müdavim.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2018/2019-cu tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir.
Elmi şuranın gündəliyinin digər məsələləri ftiziatriya kafedrası üzrə professor elmi adının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX