Əməkdaşımız Avropa Foniatrlar İttifaqı işçi qrupunun rəhbəri seçilmişdir

16.06.2018

13-16 iyun 2018-ci ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Foniatrlar İttifaqınının (UEP) 29-cu konqresi keçirilmişdir. Bu tədbirdə ölkəmizi, təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının assistenti, t.ü.f.d. Ramil Həşimli və Azərbaycan Mühəndislər Universitetinin kompyuter və informasiya texnologiyaları kafedrasının dosenti Anar Rüstəmov təmsil etmişlər. Təmsilçilərimiz “APDVoice - foniatrik klinikalar üçün asan və faydalı online məlumatlar bazasıdır” mövzulu seminar təşkil etmiş və məruzə ilə çıxış etmişlər. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və interaktiv müzakirələrin aparılması ilə nəticələnmişdir. Alimlərimiz tərəfindən hazırlanmış APDVoice Data base sistemi (www.apdvoice.com) Avropa Foniatrlar İttifaqının Səs komitəsi tərəfindən UEP-ə bağlı foniatrik klinikalarda tətbiq olunması üçün müzakirə olunaraq qəbul edilmişdir. Konqresin işində 49 ölkədən 440-dan çox nümayəndə iştirak etmişdir ki, bu da alimlərimizə həmkarları ilə geniş müzakirələr aparmağa imkanı vermişdir.Artıq bu konqresdən sonra ilk dəfə olaraq Azərbaycanda hazırlanmış proqram əsasında Dünyanın harasında yerləşməsindən asılı olmayaraq səs problemləri üzrə çalışan klinikaların ortaq araşdırma apara bilməsi üçün geniş imkanlar yaranmışdır. Nümayəndə heyətimiz konqres günlərində Belçika Gent Universiteti və Türkiyə Hacettepe Universiteti səs labortoriyalarını, Charite-Berlin Tibb Universiteti audiologiya və foniatriya kafedrasını təmsil edən alimlərlə görüşmüş və ortaq elmi işlər aparmaq üçün ilkin razılaşmalar əldə etmişlər. İnstitutumuzun əməkdaşı t.ü.f.d. Ramil Həşimli Avropa Foniatrlar İttifaqı Səs komitəsi WG6(telematik səs qiymətləndirməsinə dair gələcək perspektivlər: akustik analiz üçün proqramlar) işçi qrupunun rəhbəri seçilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX