ELAN! “Uşaqlıq boynunun xəstəlikləri, kolposkopiyanın əsasları ilə” treninqi keçiriləcəkdir
31.05.2018
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 02.07.2018 – 06.07.2018-ci il tarixində ödənişli əsaslarla “Uşaqlıq boynunun xəstəlikləri, kolposkopiyanın əsasları ilə” mövzusunda treninqin keçirilməsi planaşdırılmışdır. Təlim zamanı uşaqlıq boynu xəstəliklərinin differensial diaqnostika və müalicəsinə həsr olunmuş mühazirələr oxunacaq, praktiki vərdişlərin öyrənilməsi, kolposkopiyanın aparılması texnikasına həsr olunmuş təcrübi məşgələlər keçiriləcəkdir. Təlimin sonuncu günü iştirakçılar qiymətləndirilib sertifikat alacaq və kredit ballar əldə edəcəklər. İştirak etmək istəyənlər institutun tədris şöbəsinə müraciət edə bilərlər.
Telefon: (+994 12) 5650428