Əməkdaşımız ATUREK-6 çərçivəsində İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin tətbiqi üzrə kursun həyata keçirilməsinə cəlb edildi

15.05.2018

2014-cü ildən başlayaraq UNİCEF və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə Azərbaycanda İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin (İDİR) tətbiqi ilə əlaqədar Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu və Bakı Bərpa Müalicə Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində institutun pediatriya, nevrologiya və ailə təbabəti kafedralarının əməkdaşları İDİR-lə əlaqədar beynəlxalq konfrans, təlim və seminarlarda iştirak edərək İDİR-in tətbiqinə dair müzakirələr etmiş, təcrübələr keçmiş və beynəlxalq təlimçi sertifikatına layiq görülmüşlər. Azərbaycanda uşaqlara yardım göstərən tibb işçilərinin (pediatr, uşaq nevroloqları, ailə həkimləri) İDİR-i istifadəsinə dair bilik və bacarıqlarını artırmaq məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun 2017-2018-ci tədris ilində ixtisasartırma proqramlarına müvafiq əlavələr edilmiş və Bakı şəhəri ilə yanaşı regionlarda da İDİR-lə əlaqəli seminar və təlimlər təşkil edilmişdir.
11-12 may 2018-ci ildə keçirilmiş Azərbaycan Tibb Universiteti rezidentlərinin 6-cı elmi-təcrübi konfransı (ATUREK-6) çərçivəsində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə seminar və kurslar təşkil olunmuşdur. Belə kurslardan biri də pediatriya ixtisası üzrə pediatrlar, uşaq psixoloqları və inkişaf mütəxəssisləri üçün İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsinə dair kurs olmuşdur. Həmin kursa Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova təlimçi qismində cəlb olunmuş idi.
İDİR-in Azərbaycanda tətbiqi ilə bağlı bütün işlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən nəzarətdə saxlanılır.





ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX