ELAN! Laparoskopik cərrahiyyə üzrə kurs keçiriləcəkdir
15.05.2018
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 04-15 iyun 2018-ci il tarixində ödənişli əsaslarla “Laparoskopik cərrahiyyənin əsasları” kursunun keçirilməsi planaşdırılmışdır. Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və videomühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşgələlər aparılacaq və canlı əmliyyatlar nümayiş olunacaqdır. Təlimin sonuncu günü iştirakçılar qiymətləndirilib sertifikat alacaqlar. İştirak etmək istəyənlər institutun tədris şöbəsinə müraciət edə bilərlər.
Telefon: (+994 12) 5650428
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.