Ə.Əliyev adına ADHTİ-də Avropa Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminar keçirildi

08.05.2018

Ölkəmizdə 12 may 2018-ci il tarixində Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd olunacaq.
“Sağlam həyat sağlam diş əti ilə başlayır” şüarı altında, Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin birqə təşkilatçılığı ilə keçiriləçək beynəlxalq maarifləndirmə gününə aid təsirli bəyanatların verilməsi ilə yanaşı mətbuat konfransı, seminarlar, ödənişsiz parodontoloji müayinələr, təbliğat xarakterli buklet və plakatların paylanması və bu kimi məlumatların sosial şəbəkələrdə, eləcə də kütləvi informasiya vasitələrində yayımı kimi bir çox müxtəlif maarifləndirmə tədbirləri həyata keçiriləçək.
Bununla bağlı 3 may 2018-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursuna cəlb olunan həkim-stomatoloqlar üçün Stomatologiya və Üz-Çənə Cərrahiyyəsi kafedrası tərəfindən Beynəlxalq Diş Əti Sağlamlığı Gününə həsr olunmuş seminar keçirilmişdir. Bu tədbirdə kafedranın professoru - tibb elmləri doktoru Mahir Əliyev; dosenti - tibb üzrə fəlsəfə doktoru Rəhim Qarayev və Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti - tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən bu maarifləndirmə günü haqqında ətraflı məlumat verildiktən sonra “Diş əti xəstəliklərinin erkən diaqnostikası və müasir müalicə-profilaktika protokolları” mövzularında məruzələr oxundu. Tədbirin sonunda həkimlər ilə müxtəlif aktual mövzularda interaktiv müzakirələr aparıldı və onları marağlandıran suallara ətraflı cavab verildi.
Diş əti sağlamlığı günü haqqında ətraflı: https://www.perio.az/diseti-saglamligi-gunu-2018
Youtube link 1: https://www.youtube.com/watch?v=shCfbT15HuE
Youtube link 2: https://www.youtube.com/watch?v=-FmM9EcpGdY




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX