Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Alman-Azərbaycan serebrovaskulyar simpoziumu keçirilmişdir

30.04.2018

27-28 aprel 2018-ci ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Alman-Azərbaycan serebrovaskulyar simpoziumu keçirilmişdir. Simpozium Azərbaycan Nevroloqlarının Milli Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş, sədrlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Azərbaycan Nevroloqlarının Milli Assosiasiyasının prezidenti, ə.e.x., professor Rəna Şirəliyeva və Almaniyanın Aachen universitetinin diaqnostik və invaziv neyroradiologiya kafedrasının professoru Anastasios Mpotsaris olmuşdur. Simpoziumdan öncə qonaqlar və təşkilati komitəsinin üzvləri Ümummilli lider Heydər Əliyevin xatirəsini Fəxri xiyabanda yad etmişlər.
Simpoziumun mövzusu mərkəzi sinir sisteminin damar xəstəliklərinin diaqnostikası və müalicəsində ən son yeniliklərə həsr edilmişdir. Simpoziumda, xüsusən, Almaniyadan dəvət olunan mütəxəssislər dünyada ilk olaraq bu sahədə etdikləri müalicə və diaqnostik metodlardan söhbət açmışlar. Simpoziumun təşkil edilməsidə məqsəd sözü gedən sahənin gələcək inkişaf prespektivlərini iştirakçılarla birgə müzakirə etmək və Azərbaycanda bu sahənin daha da inkişafına dəstək olmaqdır. İnteraktiv kurslar, plenar iclaslar və yüksək səviyyəli müzakirə platformalarının birləşməsi sayəsində böyük bir elmi tədbir təşkil edilmişdir.Simpozium 27.04.2018-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının konfrans zalında, 28.04.2018-ci il tarixində isə Zəfəran Hospitalının konfrans zalında keçirilmişdir.
Simpozium çərçivəsində 28.04.2018-ci il tarixində Zəfəran Hospitalda Azərbaycanda ilk dəfə professor Anastasios Mpotsaris, dr. med.Volker Maus, dr. med. Nuran Abdullayevin moderatorluğu ilə Demo model üzərində canlı workshop təşkil olunmuşdur və bu workshop zamanı endovaskulyar trombektomiya icra olunmuşdur. Simpoziumda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti t.ü.f.d. Əliyev Rahim Azərbaycanda insultların risk amilləri və profilaktikası barədə aparılmış tədqiqatlar barədə məlumat vermişdir.
Simpoziumda 200-dən artıq nevroloq, neyrocərrah, radioloq və damar cərrahları iştirak etmişdir. Ötən il 1-ci Alman-Azərbaycan serebrovaskulyar simpoziumunda 150-yə qədər iştirakçı olmuşdur və iştirakçıların sayının artması bu problemə olan marağın yüksək olmasını göstərir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX