Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

30.03.2018

30 mart 2018-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Diabetologiyanın aktual məsələləri
Məruzəçi: professor V.A.Mirzəzadə

2. Tədris prosesində cari məsələlərin icrası haqqında
Məruzəçi: prorektor T.H.Eyvazov

3. Psixiatriya və narkologiya kafedrası üzrə t.e.d. N.A.Əliyevə professor elmi adının verilməsi
4. Əczaçılıq kafedrası üzrə t.ü.f.d. E.M.Ağayevə dosent elmi adının verilməsi
5. Terapiya kafedrası üzrə t.ü.f.d. G.H.Babayevaya dosent elmi adının verilməsi
6. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə institutun terapiya kafedrasının professoru, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri t.e.d.Valeh Mirzəzadə çıxış edib diabetologiyanın aktual məsələləri,şəkərli diabetin yayılması, diaqnostikası, müalicəsi və profilaktikasının müasir səviyyəsi haqqında ətraflı məlumat verdi. II məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» AR Səhiyyə Nazirinin 45 nömrəli 20 iyun 2017-ci il tarixli əmrinin icrası ilə əlaqədar institutda distant tədris portalı yaradılmışdır.Tədris hisəsinin əsas iş istiqamətlərindən biri də yaradılmış distant tədris portalının aktiv işləməsini təmin etməkdir. Əməkdaşlarımız tərəfindən hazırlanmış faylların məcmu sayı 424-dür və onların tərkibində 6360 test tapşırığı mövcuddur. Bu günə qədər portalda 2627 həkim qeydiyyatdan keçmişdirsə də onlardan 441-i testə daxil olmuşdur. Bu qeyri-bərabərliyi düzəltmək üçün lazımi işlərin görülməsi planlaşdırılır. Sonra məruzəçi distant portalda məlumatların toplanması və kreditlərin verilməsi qaydaları haqqında məlumat verdi.
Prorektor T.H.Eyvazov çıxışına davam edərək kurs şəhadətnamələrinin onlayn çapı, sertifikasiya prosesinin monitorinq sisteminin yaradılması, həkimlərin sertifikasiya imtahanlarında istifadə olunan test tapşırıqları bankının artırılması, institutun videomühazirələr portalının yaradılması, təhsil haqlarının ödənilməsi və ona nəzarət qaydaları haqqında məlumatları Sura üzvlərinin nəzərinə çatdırdı.
Sonda qeyd olundu ki,həkimlərin sertifikasiya prosesinin vahid imtahanla tamamlanması prinsipinin tətbiqi ilə əlaqədar 2018-ci ilin yanvar ayından ixtisasartırma kurslarının buraxılış imtahanları ləğv edilmişdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək deyilən məsələlərin çox önəmli olduğunu qeyd etdi və cari tədris ilində qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha gərgin çalışmaq lazım olduğunu vurğuladı.
Elmi şuranın gündəliyinin digər məsələləri professor və dosent elmi adlarının verilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX