Əməkdaşlarımız “İnkişafın Dəstəklənməsi və İzlənməsi Beynəlxalq Rəhbərliyi”nin istifadəsi üzrə təlimçi sertifikatına layiq görülmüşlər

02.03.2018

Azərbaycanda uşaq inkişafı çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmaları tədbiq etmək məqsədilə 2014-cü ildən UNİCEF-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakı Bərpa Müalicə Mərkəzi arasında əməkdaşlığa başlanmışdır. Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası tərəfindən hazırlanmış “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin“ (İDİR) klinik istifadəsinin tədbiqi məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır.İşçi qrup tərəfindən İDİR-n Azərbaycanda tədbiqi üçün onun diplomdansonrakı təhsil proqramlarına (rezidentura daxil olmaqla) daxil edilməsi qərara alınmışdır. Bununla bağlı Ə.Əliyev adına ADHTİ-nin pediatriya, nevrologiya və ailə təbabəti kafedralarının ixtisasartırma kurslarının proqramlarında uşaq inkişafı və tez-tez rast gəlinən çətinliklər, İDİR-in istifadəsinə dair mövzular yer almışdır. Bu müddət ərzində Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti M.Qaraxanova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti M.Məmmədova və ailə təbabəti kafedrasının kuratoru S.Əliyeva Bakı şəhəri və Respublikanın rayonlarında həkimlər üçün İDİR-ə həsr edilən təlimlərin keçirilməsində iştirak etmişlər.
2018-ci il fevral ayında Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrasının rəhbəri,İDİR üzrə Beynəlxalq Rəhbərliyin müəllifi professor İlgi Ertem və kafedranın nümayəndəsi Özlem Gülümser Azərbaycanda İDİR-in tədbiqinin monitoringi məqsədilə Bakıya səfər etmişlər.Səfər zamanı Azərbaycanda İDİR üzrə mütəxəssislərlə bir sıra görüşlər keçirilmiş, Azərbaycanda İDİR tədbiqinə dair məsələlər müzakirə edilmişdir. Səfərin əsas hissəsi İDİR üzrə təlimçilərin təlim təqdim etmə prosesinin (təlimçilərin bilik və bacarıqlarının) monitorinqi olmuşdur. Bununla bağlı Bakı şəhəri 13 saylı uşaq poliklinikasında Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan pediatr, nevroloq, neonatoloq, psixoloq, loqoped, pedaqoqlar üçün institutun əməkdaşları tərəfindən təlim təşkil edilmişdir. Professor İlgi Ertem və əməkdaşlərı təlimləri izləmiş və sonda onları qiymətləndirmişlər. Nəticədə Ə.Əliyev adına ADHTİ-nin əməkdaşları “İnkişafın Dəstəklənməsi və İizlənməsi Beynəlxalq Rəhbərliyi”nin istifadəsi üzrə təlimçi sertifikatına layiq görülmüşlər.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX