Azərbaycan ortodontlarının 1-ci beynəlxalq konqresi keçirildi

20.05.2024

18-19 may 2024-ci il tarixində Azərbaycan ortodontlarinin 1-ci beynəlxalq konqresi keçirilmişdir. Konqresdə Azərbaycandan olan 100-dən çox həkim-ortodontla yanaşı Dünya Ortodontlar Federasiyasının (WFO) prezidenti, Hindistanın Saveetha Dental Kollecinin professoru Nikhilesh R.Vaid, Türk Ortodontik Dərnəyinin (TOD) prezidenti, Yeditepe Üniversitetinin ortodontiya kafedrasının müdiri professor Derya Çakan, Misir Ortodontlar Cəmiyyətinin prezidenti, İsgəndəriyyə Universitetinin ortodontiya kafedrasının müdiri professor Abbas R. Zaher, İstanbul Okan Universitetinin professoru Nejat Erverdi, Ankara Haccəttəpə Universitetinin professoru Erhan Özdiler, İsveçrənin Bern Universitetindən Dr. Simon Graf, Amasya Ortodont klinikasından Dr.Türkan Nadire Yeşil da iştirak etmişlər.
Dəvət olunan qonaqlarla yanaşı konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilməsi Institutunun ortodontiya kafedrasının əməkdaşları – kafedra müdiri dosent t.e.d. Ziba Qasımova, dosent Orxan Qasımov, assistent Günel Əliyeva, dissertant Vüsalə Vəliyeva və Ə.Əliyev adına ADTHİ-nin stomatoloğiya və üz çənə cərrahiyyəsi kafedrasının müdiri dosent Həsən Əsədov və həmin kafedranın dosenti Rəşad Abışov da məruzə ilə çıxış etmişlər.
Konqresdə Azərbaycan Tibb Universitetinin yeni yaranmış ortodontiya kafedrasının müdiri, dosent t.e.d. Ramidə Şadlinskaya və dosent t.e.d. Zaur Novruzov, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) və Azərbaycan Ortodontlar Dərnəyinin (AOD) üzvləri də məruzələrini təqdim etdilər.
2 gün davam edən konqresin yekun qərarına Respublika əhalisinə yüksək ixtisaslı ortodontik yardımın göstərilməsi məqsədilə həkimlərin təkmilləşdirilməsi üçün gələcəkdə Azərbaycanın müxtəlif regionlarında ortodontiya üzrə ixtisaslaşdırılmış konfransların sistemli şəkildə keçirilməsi haqqında müddəa da daxil edilmişdir.




Əziz həmkarlar və səhiyyə ictimaiyyətinin nümayəndələri!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəsmi internet səhifəsində salamlayıram!

İnstitutumuz 1935-ci ildən fəaliyyət göstərən, Azərbaycan səhiyyəsində ixtisaslı tibbi kadrların fasiləsiz inkişafını təmin edən qabaqcıl elmi-tədris mərkəzidir. Burada on minlərlə həkim peşəkar biliklərini müasir tələblər səviyyəsində təkmilləşdirmiş, ölkəmizin bütün regionlarında və xaricdə nüfuzlu mütəxəssislər kimi tanınmışdır.
İnstitutun tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlər arasında onun ilk rəhbərləri – peşəkar təşkilatçılar və elm fədailəri, xüsusilə də institutun uzun illər rektoru olmuş professor Əziz Əliyev xüsusi ehtiramla anılır. Onun maarifçi fəaliyyəti və milli səhiyyənin inkişafında göstərdiyi xidmətlər bu gün də dəyərini itirmir və institutumuzun adında əbədiləşdirilib.



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX