Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclası keçirildi. İclasın gündəliyi aşağıdakı kimi olmuşdur:
1. İnstitutun tədris prosesinin təşkili məsələləri. Ödənişli kursların təhsil haqqının müzakirəsi və təsdiq olunması.
Məruzəçi: prorektor dosent Təyyar Eyvazov
2. «Mamalıq və ginekologiya» kafedrasının doktorantı t.ü.f.d. Aslanova Rəxşəndə Aydın qızının «3215.01 – Mamalıq və ginekologiya» ixtisası, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
3. «Travmatologiya və ortopediya» kafedrasının doktorantı t.ü.f.d. Eyvazov Kamil Elşad oğlunun «3227.01 – Travmatologiya və ortopediya» ixtisası, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
4. «Terapiya» kafedrasının dosenti t.ü.f.d. Sultanova Sədaqət Sabir qızının «3205.01 – Daxili xəstəliklər» ixtisası, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
5. «Ümumi və plastik cərrahiyyə» kafedrasının doktorantı t.ü.f.d. Hüseynov Fuad Rafiq oğlunun «3213.01 – Cərrahlıq» ixtisası, tibb üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyasının mövzusunun müzakirəsi və təsdiq olunması.
6. Tədris və tədris metodik sənədlərin müzakirəsi və təstiq olunması.
7. Onkologiya kafedrasının müdiri vəzifəsinə seçki.
8. Əczaçılıq kafedrasının müdiri vəzifəsinə seçki.
9. Cərrahiyyə fakultəsinin dekanı vəzifəsinə seçki.
10. Terapiya fakultəsinin dekanı vəzifəsinə seçki.
11. Tibbi profilaktika fakultəsinin dekanı vəzifəsinə seçki.
12. Müxtəlif məsələlər.
I məsələ üzrə prorektor dosent T.H.Eyvazov çıxış edərək bildirdi ki, Respublikadan kənar ixtisaslaşma keçmiş həkimlərin ölkəmizdə çalışması üçün onların keçdiyi tədris proqramlarının yerli tibbi tədris proqramlarına uyğunlaşdırılması lazımdır. Bu məsələni həll etmək üçün Səhiyyə Nazirliyinin göndərişi ilə həmin həkimlərin institutumuzda uyğun ödənişli kursların keçməsi qərara alınmışdır. Həmin kursların müddəti təsdiq edilmişdir. Təhsil haqqının təsdiq olunması məsələsini isə bu gün müzakirə etməliyik.
Müzakirədən sonra ödənişli kursların təhsil haqqı təsdiq olunmuşdur.
Sonra tibb üzrə alimlik dərəcəsini almaq üçün planlaşdırılmış dissertasiyaların mövzularının müzakirəsi aparılmış və təsdiq olunmuşdur.
Elmi şuranın gündəliyinin digər məsələləri onkologiya və əczaçılıq kafedralarının müdiri vəzifəsinə və cərrahiyyə, terapiya, tibbi profilaktika fakultələrinin dekanı vəzifəsinə seçkilər olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır.
Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.