22.01.2020-31.01.2020-ci il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Gəncə şəhəri Müalicə Diaqnostika Mərkəzində şüa diaqnostikası həkimləri üçün “Şüa diaqnostikası (modul 3-4)” səyyar-distant kurs təşkil etmişdir. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən olan həkim-radioloqlar da iştirak etmişlər.
Kursun əsas məqsədi müdavimləri şüa diaqnostikasının aktual məsələləri ilə tanış etmək, onların döş qəfəsi orqanları və ürək damar sisteminin xəstəliklərinin erkən diaqnostikasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslərdə eyni zamanda patoloji hamiləlik, şəkərli diabetli analarda fetal EXO müayinəsilə qarşıya çıxan problemləri vaxtında aşkar edib patologiyanın həlli yolları araşdırılmışdır.
Dərslər Ə.Əliyev adına ADHTİ-nin şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının müdiri dosent Fəridə Nəsirovanın rəhbərliyi ilə kafedranın əməkdaşları tərəfindən aparılmışdır.