Ailə təbabəti kafedrasında İDİR kursu keçirilmişdir

01.02.2020

21.01.20-30.01.20-ci il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasında “Uşaqların inkişafın dəstəklənməsi və işlənməsi üzrə Beynalxalq Rəhbərlik (İDİR)” kursu keçirilmişdir. Əsas mövzu erkən yaşlı uşaqların inkişafı, qidalanması, eşitmə funksiyasının pozulmaları, tez -tez rastlanan anadangəlmə və qazanılmış xəstəliklər, nevrolojı və psixi pozuntular, hamiləlik zamanı dölə təsir edən patolojı faktorların aşkarlanması olmuşdur. Mühazirələrin və seminarların keçirilməsində ailə təbabəti kafedrasının əməkdaşları ilə yanaşı institutun otorinolarinqologiya kafedrasının dosentı A.Əfəndiyev, nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti M.Məmmədova, pediatriya kafedrasının assistenti T.İbadova, psixiatriya kafedrasının assistenti E.Haqverdi, mamalıq və ginekologiya kafedrasının assistenti N.Abdullayeva da iştirak etmişlər.Kurs çərçivəsində "İnkişafin dəstəklənməsi və izlənməsi üzrə Beynalxalq Rəhbərlık"-in istifadəsinə dair 2 gunlük təlim də keçirilmişdir.Təlimi milli təlimatçı, pediatriya kafedrasının dosenti M.Qaraxanova aparmişdir. İDİR-in istifadə qaydaları geniş şəkildə izah edilməklə yanaşı hər bir nəzzəriyəyə aid videogörüntülər nümayiş etdirilmiş, uşaqlar arasında geniş yayılmış inkişaf ləngiməsinin erkən aşkarlanması üçün xüsusi alətlər də təqdim olunmuşdur. Əyani seminarlar ailə təbabəti kafedrasının kliniki bazası olan 24 saylı BŞX-nın poliklinikasının uşaq sobəsində həkim pediatrların köməkliyi ilə müxtəlif yaş qrupunda olan uşaqlar cəlb edilməklə həyata keçirilmişdir.
Bu formatda keçirilən təlim -təhsil kursu müdavimlərin böyük marağına və aktiv iştirakına səbəb olmuşdur.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX