4-5 may 2015-ci il tarixində Azərbaycan Uroloqlar Assosiasiyasının
beynəlxalq səpkili konqresi keçiriləcək

16.04.2015

    4-5 may 2015 il tarixində Azərbaycan Urologlar Assosiasiyasının, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutun və Milli Onkologiya Mərkəzinin təşkilatı dəstəyi ilə “Uroloji xəstəliklərinin müalicəsində müasir texnoloqiyaların tətbiqi” mövzusunda beynəlxalq iştirakı ilə Azərbaycan Uroloqların Kongresi keçiriləcək.
    Kongresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə uroloqları iştirak edəcək.
    Kongresdə Avropa Urologlar Assosiasiyasının Uro-Texnoloji Bölümünün Sədri, Prof. Yens Rassvailer tərəfindən urologiyada minimal invaziv əməliyyatların tətbiqinə dair mühazirə təqdim olunacaq.
    Urologiyanın ən aktual məsələlərini əhatə edən elmi məruzələr qonaqların və azərbaycan uroloqları tərəfindən kongres iştirakçilarının nəzərinə çatdırılacaq.
    Konqres çərçivəsində qabaqçıl uroloqlar tərəfindən “master klass” (canlı cərrahiyyə) keçirilməsi nəzərə tutulur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX