ELAN! Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir

10.04.2015

    2015-ci il üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış Saziş çərçivəsində akademiyanın professura və dosent heyəti tərəfindən “Döş qəfəsi, qarın boşluğu və kiçik çanaq orqanlarının diaqnostikası və operativ endocərrahiyəsi”; “Yanıqlar, yaralar və yara infeksiyaların müasir müalicə metodları“ və “Qastroenterologiya” mövzuları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşdirmə kursları təşkil ediləcəkdir.
    Kurslarda iştirak etmək istəyən respublika üzrə dövlət xəstəxanalarında işləyən, ixtisas üzrə azı 3 il əmək təcrübəsi olan, 45 yaşadək, rus dilini səlis bilən həkimlər aşağıda göstərilən müvafiq sənədlərini təqdim edə bilərlər.

Kurslarda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tibb Universitetinin diplomunun sürəti
2. İnternatura bitirməsi haqqında şəhadətnamə
3. Sertifikasiya keçməsi barədə şəhadətnamə
4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməsi İnstitutunda keçmiş təkmilləşdirmə kurslarının şəhadətnamələrinin sürəti
5. Doldurulmuş kadr şəxsi uçot vərəqəsi
6. 1 ədəd rəngli şəkil (3x4)
7. Əmək kitabçasının sürəti
8. Şəxsiyyət vəsiqəsinin sürəti

    Səhiyyə Nazirliyi tərəfindən təşkil olunmuş analoji kurslarda son 5 ildə iştirak edən müdavimlərin sənədləri təkrar qəbul olunmur.

    Sənəd qəbulu tarixləri:

    “Döş qəfəsi, qarın boşluğu və kiçik çanaq orqanlarının diaqnostikası və operativ endocərrahiyəsi” üzrə təkmilləşdirmə kurslarında iştrak etmək üçün 8 Aprel - 2 May 2015-ci tarixinə qədər,
    “Yanıqlar, yaralar və yara infeksiyaların müasir müalicə metodları“ və “Qastroenterologiya” üzrə təkmilləşdirmə kurslarında iştrak etmək üçün 8 Aprel - 1 İyun 2015-ci tarixinə qədər sənədlər qəbul edilir.

    Ünvan: Bakı ş. Tbilisi prospekti, 3165 məhəllə, telefon 565-04-28, e-mail: adhti@mail.ru



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX