Sumqayıt şəhərində “Psixiatriyanın və narkologiyanın aktual məsələləri” üzrə
səyyari seminarlar keçirilmişdir

06.04.2015

    Ə. Əliyev adına AzDHTİ-nin psixiatriya və narkologiya kafedrası institutun tədbirlər planına əsasən 12.03.2015 il tarixində Sumqayıt şəhərində “Psixiatriyanın və narkologiyanın aktual məsələləri” üzrə səyyari seminarlar keçirib.
    Seminarların mövzuları aşağadakilar olublar:

   1. İlk psixotik epizodun klinikası və müalicəsi. Aparıcı: t.e.d. Qafarov T.Ə.
   2. Psixoaktiv maddələrdən asılılığın müalicəsi. Aparıcı: t.e.d. Əliyev N.A.
   3. Ağır stressin (fövqaladə hallar zorakılıq, insan alveri və s.) kliniki xüsusiyyətləri və müalicəsi. Aparıcı: dos. Axundov N.H.
   Seminarlarda ümumən 31 həkim-psixiatr, narkoloq, nevroloq və ilkin tibb sahəsinin həkimləri iştirak ediblər. Proqrama müvafiq olaraq, hər seminardan sonra suallara cavablar verilib, yekünda qeniş müzakirə keçirilib. İştirakçıların rəyinə görə, seminarların mövzuları psixiatriya və narkologiyanın aktual məsələrinə həsr olunub, onlarda son yeniliklər işığlandırılıb və buna görə böyük maraqla dinlənilib. Sonda seminarların iştirakçıları Səhiyyə Nazirliyinə və Ə. Əliyev adına AzDHTİ-nin rəhpərliyinə seminarların təşkili üçün minnətdarlığlarını bildirərək, onların qələcəkdə mütəmadı keçirilməsini xahiş ediblər.
    Seminarların gedişinin Sumqayıt şəhəri televiziyasının əməkdaşları tərəfindən çəkilişi aparılıb və yerli mətbuat təmsilçiləri vasitəsiilə işığlandırılıb.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX