Ə.Əliyev adına ADHTİ əməkdaşları üçün Clinical Key şirkəti öz məlumat
bazasından istifadə üçün müvəqqəti imkan yaratmışdır

16.12.2014

    Daha öncə verilən məlumata əsasən Clinical Key şirkəti İnstitumuza öz məlumat bazasından istifadə üçün müvəqqəti imkan yaratmışdır. Bununla bağlı sözükeçən şirkət bir neçə gün öncə sistemə daxil olma və istifadə haqqında detallı bilgi vermişdir.
    Elsevier Clinical Key – Tibb məlumat bazası İnstitumuzun İP ünvanları üçün 1 Fevral 2015 tarixinə qədər giriş imkanı verir və bütün həkimləri sözükeçən xidmətdən yararlanmağa çağırır.

    Elsevier Clinical Key daxil olma məlumatları:
    Sistemə qoşulmanız üçün mütləq, Təkmilləşdirmə İnstitutunun kampusundan sistemə daxil olmalısınız. Zəhmət olmasa www.clinicalkey.com ünvanına daxil olun.
    Elsevier Clinical Key içindəki qaynaqlarla: (kitablar, dərgilər, jurnallar, dərmanlar, videoalar və.s fərqli səhifələr halında mövcuddur) tanış olmaq üçün lütfən daxil olun: www.geminiltd.com.tr/dosyalar/CK_icerik_listesi.zip Ümumi olaraq bildirmək olar ki, məlumat bazasında Elsevier-in bütün tibbi və cərrahi dərgiləri, referans kitabları, fərqli dəstəkləyici videolar, tətbiqetmə vəsaitləri, pasienti məlumatlandırma sənədləri və s. daxil olmaqla 100 minə qədər fərqli vəsait toplanmışdır.
    Qeyd olunan bazada 1170-dən çox elektron kitablardan bəzilərini - Braunwald-in Ürək Xəstəlikləri, Grayin Anatoiyası, Millerin Anasteziyası, Rosai & Ackermanın Cərrahi Patalogiya və s. sadalaya bilərik.
    Sayı 610-dan çox olan nüfuzlu jurnallardan bəzilərinin adını çəkmək olar: Lancet, European Urology, The Journal of Pediatrics, The Journal of Urology, Nutrition, Pain, Respiratory Medicine, Journal of Oral and Maxillofacial Surgery və s.
    Bütün əməkdaşlarımızı sözükeçən xidmətdən yararlanmağa çağırırıq.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX