Ə.Əliyev adına ADHTİ-də Səhiyyə Nazirliyinin dəstəyi ilə “ClinicalKey”
şirkətinin nümayəndələri tərəfindən professor-müəllim heyəti
üçün təqdimat keçirilmişdir

04.12.2014

    02.12.14 tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “ClinicalKey” şirkətinin nümayəndələri Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunda təqdimat keçirmişdirlər. Sözükeçən qurum məşhur Elsevier şirkətinin törəmə şirkəti olub, tibb sahəsinə özəl həllər təklif etməkdədir.
    Şirkət nümayəndələri Özlem Tanırgan və Atilla İkinci ClinialKey klinik həllərinin qısa xülasəsi haqqında danışmışlar. ClinicalKey həkimlərə Elsevier məlumat bazasında olan bütün xəstəliklər haqqında qısa zamanda ətraflı bilgilər əldə etmək və xəstəyə doğru diaqnoz qoymaqda yardımçı olmaqdadır. Sözügedən klinik vasitənin bir çox özəllikləri var:

    - Ən böyük tibbi və cərrahi məlumat bazası
    - Qeyd olunan sistemin mobil optimizasiyası. Bu funksiya həkimə hərəkət halında və ya səfərlər zamanı dəqiq diaqnozun qoyulmasnda, müalicənin yazılmasına yardımçı olur
    - Axtarış tarixçəsini görmə özəlliyi. Bu funksiya vasitəsilə həkim daha öncəki axtarışlarını bir neçə klikə görə bilir
    - Təqdimat yaratma özəlliyi. Bu özəllik vasitəsilə həkim oxuduğu məlumatı paylaşa, yaddaşda saxlaya və ya ondan istifadə edərək təqdimat hazırlaya bilər
    - Yaddaşda saxlamaq. Bu xüsusiyyət həkimə bəyəndiyi məlumatları yaddaşa verir və istədiyi zaman oxumağa imkan yaradır
    - Axtarış özəlliyi. Bu özəllik xidmət istifadəçilərinin elmi dərgi, kitab, jurnal və.s birbaşa və asan çıxışını təmin edərək axtarış vermə prosesini asanlaşdırır
    - Ağıllı Axtarış – İstifadəçi axtarış üçün hər-hansı sözü yazarkən sistemin sözün yazılmasına uyğun olaraq öz təkliflərini, uyğun gələn xəstəlik, müalicə və.s adlarını təklif etməyə başlayacaqdır.

    Bütün söylənilənlərlə yanaşı ClinicalKey Klinik Həllər sisteminin əsas hədəfi həkimlər və pasiyentlərin vaxtına qənaət etməkdir. Həkimlərə doğru diaqnoz qoymaqda yardım edə biləcək həllər təklif edən şirkət eyni zamanda müalicə üsulları haqqında da bilgi verir. ClinicalKey bu gün üçün aşağıdakıları əhatə edir:

- 15.000 ədəd xüsusiləşdirilə bilən pasiyent məlumatlandırma broşurları
- 300-dən çox video məqalələr
- 17.000-dən çox tibbi və cərrahi videolar
- 1100-dən çox kitab
- 600-dan çox elmi məqalələr və digər nəşrlər
- 2.900-dan çox monoqrafiya

    Görüşdə ClinicalKey şirkətinin təmsilçiləri ADHTİ-yə sistemi test etmək üçün iki aylıq pulsuz istifadə imkanının veriləcəyini bildirmişlər.





Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX