Ə.Əliyev adına ADHTİ-də təkmilləşdirmə kurslarında müxtəlif ixtisasların
praktik vərdişlərinin mənimsənilməsinə diqqət artırılır

05.11.2014

   Bildiyiniz kimi son illərdə səhiyyəmizin maddi-texniki təminatı xeyli yaxşılaşmış və müasir standardlara çatdırılmışdır. Yeniləşən iş şəraiti praktik həkimlərdən müxtəlif peşə vərdişlərə səlis yiyələnməsini tələb edir. Tələbatı nəzərə alaraq institutumuzda məhz praktik yönümlü kurslara diqqət xeyli artırılmışdır. Xəbər verdiyimiz kimi keçən tədris ilində cərrahi profilli həkimlərin laparoskopik cərrahiyyə dair müvafiq peşə vərdişlərinin mənimsənilməsini təmin etmək məqsədilə xüsusi qısamüddətli kurslar təşkil edilmiş, burada müxtəlif simulyatorlardan istifadə etməklə artıq laporoskopik əməliyyatları sərbəst icra etmək qabiliyyətinə malik mütəxəssislər hazırlanmış və bu gün onlar öz iş yerlərində bu tip əməliyyatları uğurla icra edirlər. Laparoskopik-cərrah kimi hazırlanmış bu mütəxəssislərin bir qisminin bölqələrdən olması diqqətəlayiq haldır. Növbəti tədris ilində isə regionar- anesteziyanın spinal və epidural növlərinin praktik vərdişlərinin mənimsənilməsini təmin etmək məqsədilə anesteziologiya və reanimatologiya kafedrasında xüsusi simulyatorların tətbiq olunması ilə 1 həftəlik tematik kursların keçirilməsi gözlənilir. Bu səpkidə daha bir istiqamət terapevtik yönümlü həkimlər üçün müxtəlif simulyator-manekenlərin əldə edilərək təkmilləşmə kurslarının dərs praktikasına tətbiq edilməsidir. Hazırda bu tip avadanlıqdan pediatriya, terapiya, təcili yardım kurslarında müvəffəqiyyətlə istifadə olunmağa başlayıb. Həkimlər bu texniki vasitələrdən istifadə edərək kardiologiya, pulmonologiya, qastroenterologiya və digər sahələrdə lazım olan auskultativ, perkutor və palpator, intubasiya, kateterizasiya, süni tənəffüs, ürəyin qapalı massaji kimi müxtəlif peşə vərdişlərinə asanlıqla yiyələnirlər. Simulyatorlardan rezident-həkimlərin də hazırlanmasında istifadəsi nəzərdə tutulmuşdur. Bu barədə illustrativ məlumat xəbərə əlavə edilmiş xüsusi video çarxda öz əksini tapmışdır.

       



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX