22.09.2014


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim gənclərə böyük diqqət ayırır. Azərbaycan gəncliyinin seçdiyi sənət və peşəsindən asılı olmayaraq, yüksək təhsil, bilik və bacarıqların əldə edilməsi üçün Azərbaycan Dövləti tərəfindən bütün şərait yaradılıb. Səhiyyə sektorunda son illər aparılan mühüm proqressiv işlər bu günün həkimini dünya tibb elminə yaxın olmağına istiqamətlənib. Rezidentura təhsil sistemi gələcək milli səhiyyə və tibb elmi üçün yüksək səviyyəli kadraların davamlı şəkildə yetişdirilməsinə yönəlib. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi Azərbaycan Respublikası Dövlətinin səhiyyə siyasətini asas tutaraq, institutun həkim-rezidentləri üçün ödənişsiz əsaslarla xarici dil üzrə kurslar təşkil edib. Kurslarda təhsil iki mərhələli olacaq: birinci mərhələ-ümumi xarici dil, ikinci mərhələ-tibbi xarici dildən ibarətdir. Kursların yaradılmasında əsas məqsəd gənc həkimlərin dünya səhiyyəsinə və tibb elminə inteqrasiyasını asandlaşdırmaqdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX