Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.12.2017

27 dekabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. İnstitutunun tədris hissəsinin 2017-ci ildə fəaliyyəti barədə.
Məruzəçi prorektor T.H.Eyvazov

2. Ümumi cərrahiyyə kafedrası üzrə Müslümov Qurbanxan Fətəli oğluna professor elmi adının verilməsi haqqında.
3. Monoqrafiya və tədris-metodik nəşrlərin müzakirəsi və təsdiq olunması.
4. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, 2017-ci ildə institutun tədris hissəsi intensiv işləmiş və qarşıya qoyulan vəzifələri təm həcmdə yerinə yetirməyə çalışmışdır. Beləki, institutda çalışan professor-müəllim heyəti tərəfindən pedaqoji dərs yükünün yerinə-yetirilməsi üzərində nəzarət artırılmış və bu yüklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 215 nömrəli 24 noyabr 2010-cu il tarixli qərarına uyğun olaraq 500 saatdan az olmamasına xüsusi fikir verilmişdir. Kursların komplektasiyası məsələsinə gəldikdə pilot kafedralarda komplektasiya prosesi Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmadığını göstərir. İnstitutumuz da davamlı tibbi təhsil müddəalarının yerlərdə izah olunması və müvafiq əmrin həyata keçməsi üçün müəyyən tədbirlər görmüş və görməkdə də davam edir. İnstitutumuzun və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi briqadalar Respublikanın əksər bölgələrində tibb işçiləri ilə görüşlər keçirib əmrin açıqlamasını vermiş, onları davamlı tibbi təhsil sistemi haqqında ətraflı məlumatlandırmışlar. Eyni zamanda əməkdaşlarımız tərəfindən "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" haqqında videoçarx hazırlanaraq institutun və Səhiyyə Nazirliyinin rəsmi saytlarında yerləşdirilmişdir. Həmin videoçarxı izlədikdə qarşıya çıxan bütün suallara cavab tapmaq mümkündür. Analiz göstərir ki, yerlərdə baş həkimlərin özləri belə müvafiq əmrin icrasına lazımınca diqqətli deyillər. Onların hamısının nəzərinə çatdırılmalıdır ki, davamlı tibbi təhsil prosesində həkimlər müntəzəm olaraq, yəni əksər hallarda ildə bir dəfə ixtisasartırma kurslarından keçməlidirlər.
Prorektor T.H.Eyvazov sonra qeyd etdi ki,institutumuzda həyata keçirilən tədbirlərin əsas hissəsini Dövlət Proqramlarının, Milli Fəaliyyət Planlarının və Səhiyyə Nazirliyinin tədbirlər planının icrası çərçivəsində görülən işlər təşkil edir. Həmin proqram və planlar aşağıdakılardır:
1. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı»
2. «Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram»
3. «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı»
4. «Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji planı üzrə Fəaliyyət Planı»
5. «Ana və uşaqların sağlamlığının yaxşılaşılmasına dair 2014-2020-ci illər üçün Dövlət proqramı»
6. «Uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dair Dövlət proqramı»
7. «Diridoğulmanın beynəlxalq meyarlarına keçid barədə» AR Nazirlər Kabinetinin 21.10.2014-cü il 340 saylı qərarı
8. «2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı»
9. «Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»
10. «2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı»
11. «Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya»
12. «2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı»
13. «2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı»
14. «2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı»
15. «2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət proqramı»
16. «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»
17. «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı»
18. «İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artıırmaq sahəsində Milli Fəaliyyət Proqramı»
19. «2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı»
20. «Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı»
21. «2017-ci il üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planı».
Bu proqram və planlar üzrə institutumuzun qarşısında qoyulan bütün vəzifə və öhdəliklər müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Tədris hisəsinin iş istiqamətlərindən biri də yaradılmış distant tədris portalının aktiv işləməsini təmin etməkdir.Bu günə qədər portalda 2627 həkim qeydiyyatdan keçmişdirsə də onlardan 441-i testə daxil olmuşdur. Bu qeyri-bərabərliyi düzəltmək üçün lazımi işlərin görülməsi planlaşdırılır. Sonra məruzəçi distant portalda məlumatların toplanması və kreditlərin verilməsi qaydaları haqqında məlumat verdi.
Prorektor T.H.Eyvazov çıxışına davam edərək kurs şəhadətnamələrinin onlayn çapı, sertifikasiya prosesinin monitorinq sisteminin yaradılması, həkimlərin sertifikasiya imtahanlarında istifadə olunan test tapşırıqları bankının artırılması, institutun videomühazirələr portalının yaradılması, təhsil haqlarının ödənilməsi və ona nəzarət qaydaları haqqında məlumatları Sura üzvlərinin nəzərinə çatdırdı. Sonda qeyd olundu ki,həkimlərin sertifikasiya prosesinin vahid imtahanla tamamlanması prinsipinin tətbiqi ilə əlaqədar 2018-ci ilin yanvar ayından ixtisasartırma kurslarının buraxılış imtahanlarının ləğv edilməsi haqqında qərar qəbul edilmişdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək deyilən məsələlərin çox önəmli olduğunu qeyd etdi və 2018-ci ildə də qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha gərgin çalışmaq lazım olduğunu vurğuladı.
Elmi şuranın gündəliyinin digər məsələləri professor elmi adının verilməsi, monoqrafiya və tədris-metodik nəşrlərin müzakirəsi və təsdiq edilməsi olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX