Beynəlxalq təhsil proqramı çərçivəsində “Qastroenterologiya” kursu keçirilir

20.11.2017

Əhaliyə göstərilən tibbi yardımın keyfiyyətini yüksəldərək dünya standartlarına çatdırmaq yollarından ən vacibi tibb təhsilinin həmin standartlara üyğun təşkil edilməsidir. Belə bir şəraitdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır. İnstitumuzda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə dünyanın bir çox ali tibb təhsili müəssisələri ilə təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavılələr bağlanmışdır. Bu müqavilələrə əsasən həmin tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Aparılan sorğular göstərir ki, beynəlxalq təhsil kifayət qədər effektlidir, yerli mütəxəssislərin böyük marağına səbəb olur. Həkimlərimizi bu kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edirlər.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasındakı əməkdaşlıq da çox intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir. İnstitutumuzda beynəlxalq təhsil proqramı çərçivəsində həmin Universitetin daxili xəsətliklərin propedevtikası kafedrasının professor-müəllim heyətinin iştirakı ilə 20.11.17–15.12.17-ci il tarixlərində “Qastroenterologiya” mövzusunda kurs keçiriləcəkdir. Kursda professorlar Yelena Konstantinovna Baranskaya, Zinaida Aronovna Lemeşko, Oleq Samuiloviç Şifrin, Tatyana Lvovna Lapina mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar. Kursa Respublikanın müxtəlif regionlarında çalışan qastroenteroloqlar cəlb olunmuşlar. Məşgələlər institutun terapiya kafedrasının bazasında keçiriləcəkdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © 2018, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX