Respublikanın bölgələrində həkim-pediatrlar üçün təlimlər başlandı

01.11.2017

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Səhiyyə Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında 2016-2017-ci illər üçün imzalanmış Fəaliyyət Proqramının 1.7.5 və 1.8.2 bəndlərinə uyğun olaraq Respublikanın bölgələrində körpə və erkən yaşlı uşaqların qidalanması və uşaq inkişafının monitorinqinə həsr olunmuş həkim-pediatrlar üçün təlimlərin keçirilməsinə başlanmışdır.Təlimlərin keçirilməsinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti və Bakı Bərpa Müalicə Mərkəzinin mütəxəssisləri cəlb olunmuşlar. Ə.Əliyev adına ADHTİ həmin təlimlərdə institutun pediatriya kafedrasının dosentləri M.Qaraxanova və S.Vəliyeva, assistenti T.İbadova, nevrologiya kafedrasının assistenti M.Məmmədova, ailə təbabəti kafedrasının kuratoru S.Əliyeva ilə təmsil olunmuşdur.
İlk təlim 2017-ci il oktyabr ayının son günlərində Quba şəhərində keçirilmişdir. Təlimdə Quba,Qusar,Xaçmas və Şabran rayonlarından olan 30 nəfər pediatr və nevroloq iştirak etmişdir. “Körpə və erkən yaşlı uşaqların qidalanması” və ”İnkişafın dəstəklənməsi və izlənməsi üzrə Beynəlxalq Rəhbərliyin istifadəsinə dair” mövzulara həsr edilən təlim Quba şəhəri Perinatal Mərkəzində baş tutmuşdur. Həkimlərə uşaqların düzgün qidalanması və inkişaf çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmalar həm mühazirə, həm də praktiki məşğələlər vasitəsi ilə təqdim olunmuşdur.İlin sonunadək bu kimi təlimlərin Şəki və Lənkəran rayonlarında da keçirilməsi nəzərdə tutulmuşdur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX