Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

27.10.2017

27 oktyabr 2017-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Səhiyyə Nazirinin 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin Ə.Əliyev adına ADHTİ tərəfindən icrasına dair.
Məruzəçi prorektor T.H.Eyvazov

2. İnstitut əməkdaşlarının dissertasiyaları üzərində işlərinin gedişatı haqqında.
Məruzəçi elmi katib L.B.Bəxtiyarova

3. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.Onların arasında AMEA-nın yeni müxbir üzvü seçilmiş institutun oftalmologiya kafedrasının müdiri, akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, t.e.d., professor Elmar Qasımov da var idi.
I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış edərək bildirdi ki, davamlı tibbi təhsil üzrə bal toplama sisteminə aid tədbirlər aşağıdakılardır:
1. DTT üzrə akreditə olunmuş yerli və ya beynəlxalq konqres, konfrans,simpozium, seminar, treninq və s.
2. Beynəlxalq və milli distant tədris proqramları(ilə 12 kredit)
3. İxtisas üzrə dissertasiya işlərinin yazılması
4. Tibbi yardım göstərilməsinin, diaqnostikanın, müalicənin, tibbi texnologiya yaxud texnikanın yeni metodlarının işlənib hazırlanmas
5. Nəşrlər (məqalə, milli rəhbərlik, dərslik, tədris və metodiki vəsait, monoqrafiya, metodik tövsiyyə, təhsil proqramlarının hazırlanması
6. Tibb təhsili üzrə pedaqoji fəaliyyət
7. Rezidentlərin işinin və ali tibb təhsili alan tələbələrin yay təcrübələrinin kurasiyası(ilə hər rezidentə 6 kredit, tələbələrin yay təcrübəsinin kurasiyasına görə ilə 5 kredit)
8. DTT proqramları çərçivəsində ixtisas üzrə seminar, treninq və digər tədris fəaliyyəti
9. Müstəqil hazırlıq (ixtisas üzrə ədəbiyyat və məqalələrin mütaliəsi, audiovizual dinləmələr, yeni diaqnostika və müalicə metodlarını, tibbi texnologiyaları və texnikanı mənimsəmək məqsədilə ölkədə və ya xaricdə təcrübə keçmək (ilə 5 kredit).
2017/18-ci tədris ilinin ilk 8 həftəsi ərzində davamlı tibbi təhsil çərçivəsində pilot kafedralar üzrə kursların komplektləşdirmə planlarının yerinə yetirilməsi aşagıdakı kimi olmuşdur:
Terapiya fakultəsi üzrə: plan-98, cəlb edilib -114 müdavim(116%).
Cərrahiyyə fakultəsi üzrə: plan-148, cəlb edilib -112 müdavim(76%).
Tibbi-profilaktika fakultəsi üzrə: plan - 42, cəlb edilib - 24 nəfər(57% ).
Pilot kafedralar üzrə yekun: plan - 288, cəlb edilib - 250 nəfər(87%).
Məruzəçi qeyd etdi ki, keçən Elmi Şurada göstərildiyi kimi pilot kafedralarda komplektasiya prosesi Səhiyyə Nazirinin davamlı tibbi təhsilə həsr olunmuş 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin yerlərdə tam həcmdə icra olunmadığını göstərir.Müəssisə rəhbərlərinin təkidlə nəzərlərinə çatdırılmalıdır ki, davamlı tibbi təhsili prosesində həkimlər müntəzəm olaraq ildə bir dəfədən az olmayaraq ixtisasartırma kurslarında iştirak etməlidirlər.
Müdavimlərin kurslara cəlb olunmasında üzə çıxan çətinlikləri tezliklə aradan qaldırmaq üçün keçən Elmi Şurada təsdiq olunmuş tədbirlər planına görə aşagıdakıları yerinə yetirmək lazımdır:
1. Müəssisələr tərəfindən həkimlərin kurslara göndərilmə əmrinin icrası əvvəlki təcrübə nəzərə alınmaqla 70-80% təşkil edir. Kafedralar tərəfindən müdavimlərin qəbulu prosesinin artıq 2-ci günündən başlayaraq kursa gəlməyən həkimlər haqqında məlumatlar toplanmalı və onların kursa gəlmələrinin maksimal təmin edilməsinə çalışmaq.
2. Pilot kafedralarda kursa göndərilmiş həkimlərdən müəssisənin baş həkimi tərəfindən təsdiqlənmiş həkimin fərdi inkişaf planını tələb etmək lazımdır.Pilot kafedrada kursda olmuş həkimləri sonrakı dövrlərdə nəzarətdə saxlamalı, onların davamlı tibbi təhsil prinsiplərinə uyğun təkrar kurslara göndərilməsi istiqamətində iş aparılmalıdır.
3. Kursların komplektləşdirilməsi ənənəvi olaraq qalıq prinsipi əsasında müəssisələrin kadrlar şöbəsi tərəfindən həyata keçirilir.Bu zaman müdavimin mövzu seçimi nəzərə alınmalıdır.
4. Tədris hissəsi son 4-5 il ərzində kurslarda iştirak etməmiş həkimlərin müəyyən qisminin məlumatlarını kafedralara verə bilir, lakin bu məlumatlar heç də həmişə dəqiq olmur və ya hazırda həkimin işdə olub-olmaması (məzuniyyət və s.) haqqında bilgilər yoxdur və bu yerlərdə həkimləri kurslardan yayındırmağa imkan verir.Daha yaxşı olardı ki, xüsusən də az sayli kontingenti olan kafedralar öz kurs jurnalları əsasında həkimlərin kartotekasını tərtib etsinlər.Bu iş qisa müddətdə yerinə yetirilə bilər.Əldə olunan məlumatlar hansı həkimlərin kursa göndərilməli olduğunu daha dəqiq müəyyən edə bilər.
5. Hazırkı komplektasiya şəraitində dərs yüklərinin hesablanması, uçotu və yerinə yetirilməsinə ciddi nəzarət olunmalıdır. Dərs yükünün yerinə yetirilmədiyi hallarda müvafiq tədbirlərin görülməsi təmin edilməlidir.
6. İnstitutun təqvim planında nəzərdə tutulmuş seminar və treninqlər təşkil olunaraq keçirilməlidir.Bu tədbirləri keçirmək üçün kafedra tərəfindən institutun saytında müvafiq elanlar və izahlı məlumatlar (tədbirin məqsədi, kontingent, veriləcək məlumatlar və s.) yerləşdirilməli və həkimlər cəlb olunmalıdır.Tədbirin təşkilinin digər yolu ayrı-ayrı müəssisələrlə razılaşma əsasında və ya Bakı şəhər Səhiyyə İdarəsinin müəyyən etdiyi poliklinikalarda keçirilməsidir.
7. Kontingenti az olan kafedralar kursları planlaşdırarkən digər ixtisaslı həkimlərin də cəlb olunmasınıı nəzərdə tutmalı və tədrisin kompleksləşdirilməsindən istifadə etməlidirlər.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək deyilən məsələlərin çox önəmli olduğunu qeyd etdi və tədbirlər planınında nəzərdə tutulan işlərin Səhiyyə Nazirliyi və yerli tibb müəssisələri ilə uzlaşdırmağın vacibliyini göstərdi.
II məsələ üzrə elmi katib L.B.Bəxtiyarova çıxış edərək bildirdi ki,institut əməkdaşlarının alimlik dərəcəsi almaq üçün təsdiq edilmiş elmi işlərinin sayı 46-dır. Onlardan 13-ü t.ü.e.d., 33-ü t.ü.f.d. dissertasiya işləridir.Hal-hazırda 11 dissertasiya işi müdafiə prosesinin müxtəlif mərhələlərindədir.Qalan işlər vaxtında yekunlaşmadığına görə müvafiq fakültə elmi şuralarında yenidən müzakirə olunmuş, səbəblər araşdırılmış və tədqiqatçılara yekunlaşmaq üçün xəbərdarlıqla yeni müddət təyin edilmişdir.
Elmi karib ayrica dissertantura və doktranturada təhsil alanlar haqqında məlumat verdi. Bildirdi ki, bu şəxslərin sayı 79-dur.Onların sırasında 9-u t.ü.e.d., 70-i t.ü.f.d. alimlik dərəcəsinə namizəddir.Onlardan 2 nəfəri tibb üzrə elmlər doktoru diplomunu artıq almış,8 nəfəri isə müvəffəqiyyətlə dissertasiyanın ilkin müzakirəsindən keçmişdir. Qalanlarının işləri plan üzrə davam edir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək göstərilən məsələlərin vacib olduğunu qeyd etdi və kafedra müdirlərinin deyilənlərdən nəticə çıxartmalı olduqlarını vurğuladı.Məsələni nəzarətdə saxlamaq haqqında elmi işlər üzrə prorektor və elmi katibə tapşırıqlar verildi.
Sonda Elmi Şurada institutun cari məsələlərinə baxıldı. Bununla da Elmi Şura öz işini başa çatdırdı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX